Ermənistan İran ərazisində ekoloji fəlakət törədir

Ermənistan Araz çayına ağır maddələr, kimyəvi məhlullar axıtmaqla İranda ekoloji fəlakətə yol açır. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib ki, Araz çayının çirkləndirilməsi İranda xərçəng xəstəliyinin artmasına səbəb olur: “Xüsusilə bu mənfi tendensiya İranın Parsabad əyalətində açıq şəkildə hiss olunur.

Ermənistan Araz çayına ağır maddələr, kimyəvi məhlullar axıtmaqla İranda ekoloji fəlakətə yol açır. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib ki, Araz çayının çirkləndirilməsi İranda xərçəng xəstəliyinin artmasına səbəb olur: "Xüsusilə bu mənfi tendensiya İranın Parsabad əyalətində açıq şəkildə hiss olunur. Təəssüf ki əyalətin şimalında mədə bağırsaq xərçəngi epidemiyası yayılmağa başlayıb. Buna səbəb Ermənistan tərəfindən Araz çayına yüksək miqdarda ağır metalların, kimyəvi maddələrin axıdılmasıdır". ASİMDER rəhbəri deyib ki, məsələ kifayət qədər təhlükəli xarakter aldığından İran Məşvərət Məclisində Parsabad və Bilehadar əyalət nümayəndələri ilə birgə müzakirələr keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31