Beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar
Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici siyasətində etdiyi ciddi karrektə nəticəsində beynəlxalq birliyin bərabərhüquqlu dövlətinə çevrilə bildi. Artıq bir sıra nüfuzlu beynəlxalq təşkilatın üzvü olan Azərbaycan dünyanın aprıcı dövlətləri ilə qarşlıqlı faydalı əməkdalıq edir.
24 Oktyabr 2017 14:03 SiyasətÖlkəmiz üzv olduğu beynəlxalq qurumların ədalətli olmasını istəyir
Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici siyasətində etdiyi ciddi karrektə nəticəsində beynəlxalq birliyin bərabərhüquqlu dövlətinə çevrilə bildi. Artıq bir sıra nüfuzlu beynəlxalq təşkilatın üzvü olan Azərbaycan dünyanın aprıcı dövlətləri ilə qarşlıqlı faydalı əməkdalıq edir. Məhz ölkəmizin günü-gündən artan beynəlxalq nüfuzu anti-Azərbaycan qüvvələrini narahat etməkdədir. Elə bu səbədən də ölkəmizə qarşı haqsız olaraq təzyiq kompaniyasına start verilib. Baxmayaraq ki, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkiatların səmərəli fəaliyyətinə kifayət qədər tövsiyyə verir, lakin məkirli dairələr müxtəlif bəhanələrlə ölkəmizə qarşı mümkün təzyiq vasitələrindən maksimim istifadə etmək niyyətində bulunurlar. Ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatlardan biri də Avropa Şurasıdır ki, artıq Azərbaycanla bu təşkilat arasındakı gərginlik körpülərin yandırıla biləcəyi həddə çatıb. Belə halda belə bir sual yaranır: Azərbaycanın Avropa Şurasından çıxması nə dərəcədə realdır və belə bir addımın atılması ölkəmizə nə vəd edir?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, AŞ PA-nın son sessiyası əvvəlkilərdən fərqli olaraq Azərbaycan üçün elə də asan keçmədi: "Bu, təkcə Azərbaycanla bağlı qərəzli sənədin hazırlanması ilə bağlı deyildi. Qeyd edim ki, sessiyanın bir neçə günü Azərbayacana həsr edilmişdi. Komitələrdə, siyasi partiyalarada bizim ölkəmizlə bağlı müzakirələr aparılıb. Bunun hardan gəldiyi bizim üçün tam aydındır. Avropa Şurasının özündə gedən proseslər ona dəlalət edir ki, onlar bu gün hansısa ölkəni hədəf tapıb onun üzərindən öz problemləırini həll etmək istəyirlər. Monotiorinq qrupunda 10-ya yaxın ölkə var idi. Onları bir kənara qoyub Azərbaycanı hədəf seçdilər. Çox təəssüflər olsun ki, Azərbaycana nifrət edən deputatlar iş-güclərini qoyub gəlib Azərbaycana qarşı çıxış edirdilər. Buna baxmayaraq, Avropa Şurası bizim üçün həddindən artıq bir böyük məkandır. Biz burada sözümüzü beynəlxalq arenaya çatdıra bilirik. Hesab edirəm ki, bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər. Əgər görsək ki, deputatlardan əlavə Avropa Şurasının özündə Azərbaycanla bağlı mənfi proseslər gedir, o zaman biz ciddi qərar qəbul etməliyik".
Millət vəkili Fazil Mustafa bildirib ki, Avropa Şurası nə qədər bizim əleyhimizə olsa da, orada meydanı ermənilərə buraxmamaq naminə qalmağımız barədə düşünmək vacibdir: "Çox güman ki, Azərbaycan rəhbərliyi Avropa Şurasından çıxmaq haqqında qərar verə bilər. Amma bu qərarın verilməsi hər halda düşünülməlidir. Hamıya məlumdur ki, Avropa Şurası ermənilər üçün vacib tribunaya çevrilib və orada müəyyən lobbiçilik fəaliyyətləri həyata keçirirlər. Amma özümüz orada olanda, ən azından müəyyən məsələlərin qarşısın ala bilirik. Həmçinin Azərbaycan Avropa Şurasından çıxdıqdan sonra Avropa qurumları ilə böyük problemlər yaşamağı mümkündür. Buna görə də atılacaq addım çox düşünülməli, bütün aspektlər nəzərə alınmalıdır. Təbii ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı birbaşa qərəzli qətnamələr çıxardır və Azərbaycanı öz təsiri altında saxlamaq istəyir. Həm də Avropa Şurası istənilən məsələni Azərbaycana diqtə etmək istəyir. Bu da yolverilməzdir. Amma bütövlükdə Avropa ilə münasibətlərin bu formada heçə gətirilməsi də bizim ümumi gələcək strateji maraqlarımız baxımından ciddi düşünülməlidir. Yəni ki, bu məsələdə atacağımız addımın sonrakı nəticələrini indidən hesablamalıyıq".
Maraqlıdır, bəs Avropa Şurasında necə, Azərbaycanın bu qurumdan kənarlaşması istənilirmi, təşkilatdakı deputatların fikri AŞ-ın mövqeyi ola bilərmi? Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov deyib ki, Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir. Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz. N. Məmmədov bildirib ki, Avropa Şurasının bir üzvünün ərazisinin bir hissəsini işğal altında saxlayan başqa bir dövlət də bu qurumun üzvüdür: "Ancaq həmin işğalçıya - Ermənistana heç kim heç nə demir. Söhbət ondan gedir ki, Azərbaycan Avropa Şurasında qalmaq istəyər, yaxud istəməz. Buna Azərbaycan qərar verə bilər. Azərbaycan isə səbrlidir. Azərbaycan lazım bilən zaman öz maraqları çərçivəsində hər bir addımı ata bilər". Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların, qurumların ədalətli olmasını istəyir: "Bu gün dünya birliyinin ən çox ədalətə ehtiyacı var. Təəssüflər olsun ki, AŞ PA və digər belə qurumlar kiçik geosiyasi maraqlara ədaləti qurban verir. Ədalətin olmadığı yerdə isə qərbin tez-tez bəhs etdiyi universal dəyərlərin heç bir yeri ola bilməz. Ədalət yoxdursa, insan haqları, azadlıqlar məsələlərindən məqsədli istifadə ediləcək, siyasi amil kimi ortaya qoyulacaq".
Xatırladaq ki, Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. 2017-ci ildə ABŞ-ın "Global Firepower" araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. Dünya ölkələri arasında Azərbaycanın ixracat reytinqi ön sıralarda dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 849,5 milyard m3 həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir. Azərbaycan dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalamışdır.1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan sülhməramlı qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar. 2011-2015-ci illərdə Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı idi. 2005-ci ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi 900-dən artıq adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Məhz bu kimi amillər deməyə əsas verir ki, nəinki Avropa Şurası, eləcə də əksər beynəlxalq təşkilatlar Azərbaycanla bərabərhüquqlu səviyyədə, qarşılıqlı faydalı şəkildə əməkdaşlıqda maraqlıdırlar.
Alim