Deputatımız beynəlxalq tədbirə qatılacaq
Oktyabrın 25-26-da Rusiyanın Rostov şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər, həmçinin Hüquqi və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək. Bu barədə millət vəkili, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında nümayəndə heyətinin rəhbəri Eldar Quliyev məlumat verib.
24 Oktyabr 2017 13:57 SiyasətOktyabrın 25-26-da Rusiyanın Rostov şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər, həmçinin Hüquqi və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək. Bu barədə millət vəkili, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında nümayəndə heyətinin rəhbəri Eldar Quliyev məlumat verib. O bildirib ki, tədbirlərdə Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə gənc ailələrin sosial müdafiəsi və onlar üçün güzəştlər, QDİƏTPM-in 25 illiyi: regionda parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, təşkilatın 25 illiyi ilə əlaqədar bəyannamənin hazırlanması, qurumun gələcək fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. Eldar Quliyev müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.