Yevgeni Yevtuşenkonun yaradıcılıq gecəsi keçirilib
Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində məşhur rus şairi Yevgeni Yevtuşenkoya həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Olaylar bildirir ki, “Sodrujestvo” Cəmiyyətində keçirilən tədbirdə Fondun Bakı və Azərbaycan Yeparxiyası ilə birlikdə həyata keçirdiyi “Azərbaycan dilini öyrənirik” kursunun dinləyiciləri də iştirak ediblər.
24 Oktyabr 2017 13:56 MədəniyyətBilik Fondunun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində məşhur rus şairi Yevgeni Yevtuşenkoya həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Olaylar bildirir ki, "Sodrujestvo" Cəmiyyətində keçirilən tədbirdə Fondun Bakı və Azərbaycan Yeparxiyası ilə birlikdə həyata keçirdiyi "Azərbaycan dilini öyrənirik" kursunun dinləyiciləri də iştirak ediblər.
Bilik Fondunun lektorlar qrupunun üzvü, Əməkdar mədəniyyət işçisi Rafiq Kəşanlının Yevgeni Yevtuşenkonun yaradıcılığına həsr etdiyi mühazirəni iştirakçılar böyük maraqla qarsalayıblar. Mühazirəçi ötən əsrin ikinci yarısının ən məhsuldar və ən çox oxunan rus şairinin 20 poemanın, təxminən 200-dək şeir və mahnı mətnlərinin müəllifi olduğunu xatırladıb. Onun sözlərinə görə, 50-ci illərdə şairin "Entuziastlar şosesi" şeirlər toplusu və "Qış stansiyası" poeması işıq üzü görüb.
"Azərbaycan dilini öyrənirik" kursunun dinləyiciləri şairin şeirlərindən nümunələr söyləyiblər. Mühazirəçi R.Kəşanlı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.