Gündəm
Nəqliyyat vasitəsini idarə edərkən diqqətli olmaq cəmiyyətin təhlükəsizliyi üçün çox vacibdir
Son günlərin əsas müzakirə mövzularından biri də avtomobili idarə edərkən sürücünün yanındakı sərnişinlə söhbət etməsinə görə cərimə ödəyəcəyi ilə bağlı məsələdir. Demək olar ki, kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə bu mövzu geniş müzakirə predmetinə çevrilib. Əsas sual doğuran məqam ondan ibarətdir ki, yol polis əməkdaşı sürücünün avtomobili idarə edərkən söhbət etdiyini necə müəyyənləşdirəcək.
Kredit borcları sistem xarakterli problemdir
Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib ki, Cinayət Məcəlləsinin kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə 196-cı maddəsinin 1-ci bəndinə dair konkret təklifləri var: “Həmin maddənin 1-ci bəndində xeyli miqdar kreditor borclarını ödəməkdən yayınmaya görə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir. Bu dəyişiklik humanist görünsə də, kredit borcları probleminin həllinə heç bir köməyi olmayacaq.
Qohum nikahlar irsi xəstəliklər törədir
Elmi araşdırmaların nəticələrinə görə, yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində uşağın xəstə doğulması riski daha da artır. Südut olunub ki, nikaha daxil olmuş qan qohumlarının genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir.
Azərbaycanda hansı sahələr üzrə alimlərin hazırlanmasına ehtiyac var?
Hazırda Azərbaycanda təhsilalan doktorantların əksəriyyəti humanitar, sosial və iqtisadiyyat sahələrinin payına düşür. Lakin milli iqtisadiyyatımızın prioritetləri texnoloji, texniki, təbiət və kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasına xüsusi diqqətin yetirilməsini tələb edir.
"Onlar mənim hər şeyimdir"
Türkiyəli aktyor-rejissor Onur Saylak alış-veriş mərkəzində kameralara tuş gəlib. Aktyor Tuba Büyüküstünlə nikahından dünyaya gələn əkizləri Maya və Toprakdan danışıb: "Onlar mənim hər şeyimdir. Qızlarıma hiss etdiyim sevgini sözlə ifadə etmək mümkün deyil. Birlikdə vaxt keçirməkdən böyük zövq alırıq".
Avropanın mərkəzində dəhşət: balta ilə hücum etdi, sonra maşınla əzib keçdi
İsveçrənin Flums qəsəbəsində latviyalı bir gənc balta ilə insanlara hücum edib. Hadisə nəticəsində 8 nəfər yaralanıb. Oğurladığı maşınla hadisə yerindən qaçan gənc bir benzin stansiyasında qəza törədib. Qəza nəticəsində daha bir neçə dinc saki yaralanıb.
Dünya üçün BÖYÜK TƏHLÜKƏ: Diktator BİOLOJİ SİLAH hazırlatdırır
Qərb ekspertləri bu nəticəyə gəldilər ki, Koreya Xalq Demokratik Respublikasının alimləri nüvə proqramından başqa, bioloji silahın hazırlaması ilə də məşğul olurlar. "Belfer" tədqiqat mərkəzindən məsələyə aydınlıq gətirilib. Onların məlumatına görə, fərarilərin şahidlikləri o haqda danışmağa imkan verir ki, bioloji silahın hazırlanması 1960-cı illərin başlanğıcından aparılır. "Independent" qəzeti yazır ki, məhz belə silahın yaradılması vəbanın, qarın yatalağının və çiçək partlayışlarının səbəbi olur. Bura həm də Kim Çen Inın qardaşı Kim Çen Namanın Kuala-Lumpur aeroportundakı qətli də aiddir. Xatırladaq ki, o zaman əsəb sistemini ölümcül iflic edən VX reagentindən istifadə edilmişdi.
Modelin ölümü ilə bağlı başlanan cinayət işi yenilənib
Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işi yenilənib. Bu barədə vəkil İradə Cavadova məlumat verib. Vəkil bildirib ki, ölüm faktı ilə bağlı başlanılan cinayət işi Nərimanov rayon Prokurorluğunun qərarı ilə yenilənib. Cinayət işi yenidən araşdırılacaq.
"Yunus Oğuz müstəqil Azərbaycan ədəbiyyatında tarixi dövr məktəbi yaratmaqda iddialıdır"
Azərbaycan Milli Elmlər Akademiyasın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Atabəy Eldəniz" tarixi romanının ictimai müzakirəsi keçirilib. İctimai müzakirədə AMEA-nın sözügedən institutunun alim və mütəxəssisləri, yazıçılar, millət vəkilləri və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edib.
Azərbaycanda yaradılmış siyasi və iqtisadi sabitlik
Oktyabrın 24-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) birgə təşkilatçılığı ilə “Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda Beynəlxalq İnvestisiya Konfransı öz işinə başlayıb.
Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllim işdən çıxarılıb
Gürcüstan paytaxtında şagirdləri təhqir etməkdə suçlanan 67 saylı ictimai məktəbin kimya müəllimi Dodo Kezua işdən azad olunub. Azərbaycanlı qız şagirdi də təhqir etdiyi bildirilən D. Kezuanın vəkili qərarın qanunsuz olduğunu deyib. O bildirib ki, qərarla bağlı məhkəməyə müraciət olunacaq.
Azərbaycanlı kriminal avtoritet saxlanıldı - Xüsusi əməliyyat - VİDEO
Tiflisdə keçirilən xüsusi əməliyyat nəticəsində fırıldaqçılıqda ittiham olunan azərbaycanlı kriminal avtoritet saxlanılıb. Saxlanılan avtoritet Gəncə şəhərindəndir. DİN əməkdaşları avtoriteti ötən gün yaxalasalar da, hadisə barədə bu gün məlumat yayılıb. Məlum olub ki, saxlanılan azərbaycanlı Elçin gürcü "həmkarı" ilə birgə B.M adlı şəxsi ölümlə hədələyərək ondan 2 min dollar istəyiblər. Hüquq-mühafizə orqanları həmin şəxsləri qurbanın tələb olunan pulu verməsindən əvvəl ələ keçirə biliblər.
Talıb Talenin evi hamını təəccübləndirdi- VİDEO
"Maşın" realiti şousunun çəkiliş heyəti iştirakçı Talıb Talenin Göygöldəki evinə baş çəkib. Canlı yayımda təqdim olunan süjetdə müğənninin ailəsinin yaşadığı daxma hamını təəccübləndirib. Kadrlarda ifaçının atası Ələsgərov Ələsgər oğlu barədə danışıb: "O, Aşıq Ələsgərin kötücəsidir. Tale ləqəbini universitetdə oxuyarkən götürüb. Talıbı verilişdə təkləmişdilər. Bəzi vaxtlarda çox kövrəlirəm. İndi özümdən asılı deyil, çox kövrəlirəm".
Meteohəssas insanlara xəbərdarlıq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Novruz Məmmədov: Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar, amma...
Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar, amma vəziyyət dəyişməyə başlayır. Məlumata görə, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Twitter" səhifəsində deyib.














