Gündəm
Pambıq zavodunda yanğın baş verib
Beyləqan rayonunda fəaliyyət göstərən pambıq zavodunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar” a verilən məlumata görə, hadisə Daşburun qəsəbəsində pambıq zavodunun ərazisində qeydə alınıb. Nəticədə 200 kq pambıq yanıb, pambıq tayanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gömrükçüləri aldatmaq cəhdi baş tutmayıb
Gömrükdə metadon məhlulunu içməli su kimi təqdim etmək istəyən Azərbaycana gələn İran vətəndaşı saxlanılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının gödəkçəsinə baxış zamanı gödəkçənin cibindəki 0,5 litrlik plastik qabın üzərində "AkharStar natural mineral water" yazısı olduğu halda, qabın içərisində 500 ml həcmində metadon məhlulu aşkar olunub.
Azərbaycan Güləş Federasiyasında kadr dəyişikliyi
Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. Bu barədə məlumat “OLAYLAR” -a AGF-dən daxil olub. Bildirilib ki, Federasiyanın Prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.
Binəqədi rayonuna içməli su fasilələrlə veriləcək
24 oktyabr 2017-ci il tarixində gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
İraq ordusu Türkiyə sərhədinə yaxınlaşdı
İraqın şimalındakı Sincarı peşmərgədən təmizləyən İraq ordusunun yeni hədəfi məlum olub. Ordu Ankara və Bağdadın açmaq istədiyi Ovaköy sərhəd qapısına doğru hərəkət edir. Artıq Duhokun qərbini keçən əsgərlər Feys Habura çatıb.
Rusiya İrəvanı Bakını hədələdiyi silahdan məhrum edib - Düşmənin SİRRİ AÇILIR
“Rusiyanın Ermənistana verdiyi “İskəndər” raketləri ötən ilin 21 sentyabrında İrəvanda keçirilən hərbi paradda nümayiş etdirildi. Rusiya və erməni rəsmi dairələr bundan təbliğat məqsədilə istifadə etdilər, halbuki, bu raketlərin Ermənistana heç bir aidiyyəti yoxdur”.
PKK edam komandası qurdu: 87 nəfər məhv edildi
PKK terror təşkilatı yeni edam komandası təşkil edib. PKK təşkilatdan qaçanların və təslim olanların dərhal vurulmasını əmr edib. Edam komandası isə təşkilatdan qaçmaq istəyən 87 terrorçunu məhv edib. Buna baxmayaraq, 101 terrorçu qaçmağı bacarıb. Təşkilat bəzi edamları intihar, xəstəlik, qəza, bəzilərini isə Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında “ölmüş” adı altında verib.
Polis bölməsinə silahlı və bombalı hücum: ölən və yaralananlar var
Yəmənin cənubunda yerləşən Abyan bölgəsindəki polis bölməsinə silahlı hücum təşkil edilib. Hadisə nəticəsində 4 polis ölüb, 9-u yaralanıb. Polis bölməsinə öncə bombalı avtomobillə hücum edilib, daha sonra silahlı şəxslər basqın həyata keçirib.
Avtomobilində mahnı oxuduğuna görə cərimələndi: "Bilmirəm səsim pisdir, yoxsa ..."
Avtomobil ilə yol gedərkən mahnı oxumaq baş qarışdırmaq və vaxt keçirmək üçün ən gözəl üsuldur. Lakin aşağıda adı çəkilən şəxs avtomobilində mahnı oxuduğuna görə 149 dollar cərimələnib.
Messi Neymarı ilin ən yaxşısı hesab etmir?
Kriştiano Ronaldo FİFA-ın səsverməsində ilin ən yaxşı futbolçusu seçilib. Lionel Messi ilə Ronaldonun da kimlərə səs verdiyi bəlli olub. Hər iki futbolçu səsvermə zamanı komanda yoldaşlarına üstünlük verib. Messi Komandanı tərk etmiş Neymarı yox, Luis Suaresi ilin ən yaxşısı hesab edib. Leo sonrakı yerlərdə İnyesta ilə Neymarı qeyd edib. Ronaldonun seçimi isə belə olub: Luka Modriç, Serxio Ramos, Marselo.
Türkiyə 6 sualtı qayıq inşa edəcək
Türkiyənin müdafiə sistemini gücləndirmək məqsədilə 6 sualtı qayığın tikintisi planlaşdırılıb. Layihə ilkin olaraq 2,7 milyard dollar dəyərləndirilir. Sualtı qayıqların İzmir vilayətində, Gölcük tərsanəsində inşa olunacağı bildirilir.
UEFA "Qarabağ"ın qazancını açıqladı
UEFA 2016/2017 mövsümündə Avropa Liqasının pley-off və qrup mərhələsində iştirak edən 56 kluba ümumilikdə 423,1 milyon avro vəsait ödəyib. Bu barədə qurumun rəsmi saytında yer alan hesabatda bildirilir.
Keçmiş həmsədrlərdən Cenevrə açıqlaması: "Qeyri-rəsmi münasibətlər açar rolunu oynayır"
ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədrləri Ceyms Uorlik və Kerri Kavano Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünü şərh ediblər. Uorlik prezident İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşünün əhəmiyyətli olduğunu qeyd edib: "Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, onlar arasında səmimi söhbətlər baş verir və bu irəliləyiş əldə etmək üçün çox vacibdir".
İŞİD Suriyada NATO-nun silahlarından istifadə edir
Suriya hərbçiləri Meyadin şəhərində İŞİD terrorçularının ən böyük silah və zirehli texnika anbarını ələ keçiriblər. Anbarda tank əleyhinə silahlar, artilleriya qurğuları, terrorçuların İraq ordusundan ələ keçirdiyi tank və zirehli nəqliyyat vasitələri olub.
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Füzuli rayonu Horadiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Mixail Olaru və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksandr Nepotkrıtıx keçirəcəklər.














