İŞİD Suriyada NATO-nun silahlarından istifadə edir
Suriya hərbçiləri Meyadin şəhərində İŞİD terrorçularının ən böyük silah və zirehli texnika anbarını ələ keçiriblər. Anbarda tank əleyhinə silahlar, artilleriya qurğuları, terrorçuların İraq ordusundan ələ keçirdiyi tank və zirehli nəqliyyat vasitələri olub.
24 Oktyabr 2017 11:56 DünyaSuriya hərbçiləri Meyadin şəhərində İŞİD terrorçularının ən böyük silah və zirehli texnika anbarını ələ keçiriblər. Anbarda tank əleyhinə silahlar, artilleriya qurğuları, terrorçuların İraq ordusundan ələ keçirdiyi tank və zirehli nəqliyyat vasitələri olub.
Suriya ordusunun generalı Həsən Süheyl bildirib ki, anbarda daha çox NATO ölkələri tərəfindən silahlanmaya qəbul olunan silahlar aşkar edilib. O, qeyd edib ki, bütün silah arsenalını anbardan boşaltmaq üçün 6 gün vaxt lazımdır. AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir.