Polis bölməsinə silahlı və bombalı hücum: ölən və yaralananlar var

Yəmənin cənubunda yerləşən Abyan bölgəsindəki polis bölməsinə silahlı hücum təşkil edilib. Hadisə nəticəsində 4 polis ölüb, 9-u yaralanıb. Polis bölməsinə öncə bombalı avtomobillə hücum edilib, daha sonra silahlı şəxslər basqın həyata keçirib.

Qarşıdurma zamanı qarşı tərəfdən 3 nəfər öldürülüb. Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin basqının Əl Qaidə terror təşkilatı tərəfindən təşkil edildiyi ehtimal edilir. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31