Gündəm
Atəşkəs rejimi 103 dəfə pozulub
"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 103 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Amerikalı jurnalist ASAN xidmətdən yazdı
Amerikalı jurnalist Nurit Qrinqerin “The Jerusalem Post”da “ASAN - Azərbaycanın dövlət xidmətlərinin “Disney dünyası”” adlı məqaləsi dərc olunub. Olaylar bildirir ki, Nurit Qrinqer Azərbaycana səfəri zamanı “ASAN xidmət” mərkəzində olub və məqaləsində Prezident cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzlərinin bürokratiyaya qarşı mübarizədə unikal bir yanaşma olduğunu bildirib.
Sosial şəbəkələrdə terroru təbliğ edənlər həbs olundu
Türkiyənin Siirt vilayətində sosial şəbəkə hesablarından PKK terror təşkilatını təbliğ edənlər həbs olunub. Olaylar bildirir ki, Siirt Respublika Prokurorluğu sosial şəbəkələrdən terroru təbliğ edən 7 nəfərin ünvanıda eyni zamanda əməliyyat həyata keçirib.
3 aylıq körpənin tibbi analizləri hər kəsi heyrətləndirdi
Türkiyənin İzmir şəhərində 3 aylıq körpə uşağın tibbi analizlərindən alınan nəticə hər kəsi heyrətləndirib. Olaylar bildirir ki, körpənin anası uşağı huşsuz halda xəstəxanaya çatdırıb. Həkimlərin uşağa etdikləri tibbi analizlərin nəticəsində uşağın qanında narkotik maddə və antidepresant maddələr aşkarlanıb. Bütün günü uşağın yatdığını qeyd edən ana narkotik maddə istifadəçisi olmasa da, əvvələr psixatrik müalicə aldığı məlum olub. Lakin, son iki ildə ana heç bir müalicə almır.
Şoyqu: "Suriyada İŞİD-in nəzarəti altında 5 faiz ərazi qalıb"
Suriyada İŞİD-in nəzarəti altında 5 faiz ərazi qalıb. Bunu Rusiya müdafiə naziriSergey Şoyqu ASEAN ölkələri müdafiə nazirlərinin iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, əməliyyatlar başlamazdan öncə İŞİD ölkə ərazisinin 70 faizini nəzarətdə saxlayırdı.
Arda Turan yenə heyətə salınmadı
"Barselona"nın İspaniya Kral Kubokunda "Real Mursiya" ilə oyunu üçün Arda Turan heyətə salınmayıb. Məlumata görə, komandanın baş məşqçisi Ernesto Valverde zədə səbəbindən türkiyəli futbolçunun heyətə salınmadığını bildirib. Onun sözlərinə görə, Ardanın dizində ağrılar var. Valverde Aleş Vidalın da bu qarşılaşma üçün hazır olmadığını sözlərinə əlavə edib.
"Azərbaycanın qadınların zorakılıq hallarından müdafiədə qətiyyətli olması təqdirəlayiqdir”
“Azərbaycan hökumətinin ölkədə hər bir qadının zorakılığın bütün formalarından tam müdafiə olunmasının təmin edilməsində qətiyyətli olması təqdirəlayiqdir”. Bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, UNFPA nümayəndəsi Qulam İshaqzai “ Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövsuzunda keçirilən konfransda çıxış edərkən deyib.
Dünyada hər 3 qadından biri zorakılığa məruz qalır
"Təəssüf ki, dünyanı öz məngənəsinə alan kobud insan hüquqlarının pozuntusu olan gender əsaslı zorakılıqdan dünyada hər 3 qadından 1-i əzab çəkir. Bu səbəbdən də dövlətlər gender əsaslı zorakılığın qarşısını alınmasında həm individual, həm də institusional müstəvidə diqqət ayırmalıdırlar". Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin Missiya rəhbərinin müavini Vilyam Gill "Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizmlərinin yaradılması" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
XİN sözçüsü: “CNN telekanalının aparıcısı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”
"CNN telekanalının şou aparıcısı, amerikalı baş aşbaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil ediləcək". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi
Xalq artisti Könül Xasıyevaya ev hədiyyə edilib. Məlumata görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse-Prezident Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən xalq artistinə ev hədiyyə olunub.
“Beşiktaş” öz meydanında xal itirdi
Futbol üzrə Türkiyə Superliqasında IX tur başa çatıb.Turun son qarşılaşmasında İstanbulun "Beşiktaş" klubu öz meydanında “Başakşəhər”i qəbul edib. Olduqca maraqla gözlənilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra, "Beşiktaş" xal ehtiyatını 15-ə çatdırıb.
Politoloq: “Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək səviyyədədir”
“Əvvəla onu deməliyik ki, Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan bu zirvə toplantısına D-8-ə üzv olmayan ölkələrdən yalnız Azərbaycanı xüsusi dəvət etməsi və Prezident İlham Əliyevin həmin tədbirdə iştirak etməsi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir”. Bunu politoloq Ramiz Alıyev deyib.
Dünyanın ən bahalı selfisi - 626 milyonluq
Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) öz versiyası üzrə 2017-ci ilin rəmzi komandasını açıqlayıb.
QHT rəsmisi D-8 zirvə görüşünün üstünlüklərindən danışdı AÇIQLAMA
“İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə Toplantısında Azərbaycan Prezidenti qardaş Türkiyə Prezidentinin dəvəti ilə - xüsusi qonaq olaraq iştirak edirdi. Bu, ilk növbədə, Türkiyə - Azərbaycan qardaşlığının, dostluq və qonşuluğunun səviyyəsini dosta da, bizim analoqsuz yaxınlığımızdan şad olmayanlara da bir daha göstərdi”. BunuSİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İH üzvü Əkbər Qoaşlı deyib.
Türkmənistanda 4,2 bal gücündə zəlzələ oldu
Türkmənistanda 4,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Türkmənistanın paytaxtı Aşqabaddan 385 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.














