Politoloq: “Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək səviyyədədir”
“Əvvəla onu deməliyik ki, Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan bu zirvə toplantısına D-8-ə üzv olmayan ölkələrdən yalnız Azərbaycanı xüsusi dəvət etməsi və Prezident İlham Əliyevin həmin tədbirdə iştirak etməsi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir”. Bunu politoloq Ramiz Alıyev deyib.
24 Oktyabr 2017 11:25 Siyasət"Əvvəla onu deməliyik ki, Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan bu zirvə toplantısına D-8-ə üzv olmayan ölkələrdən yalnız Azərbaycanı xüsusi dəvət etməsi və Prezident İlham Əliyevin həmin tədbirdə iştirak etməsi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir". Bunu politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, bu qardaşlıq və dostluq heç zaman sarsıla bilməz: "Mən bir məqamı xüsusilə vurğulamaq istəyirəm və bu sahədə olan ekspertlər də bunu təsdiq edər ki, bugün hazırki prezidentlər cənab İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın xidmətləri, səyləri nəticəsində Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək səviyyədədir. Həm xalqlar arasında olan münasibətlər, həm də dövlətlər arasında olan münasibətlərdə bu isti əlaqələr özünü göstərir. Xatırlayırsınızsa, 2015-ci ilin noyabr ayında Türkiyənin Antalya şəhərində "Böyük İyirmilər"in zirvə toplantısında Türkiyənin bu qrupa üzv olmayan yalnız bir ölkəni xüsusi qonaq kimi dəvət edə bilərdi və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanı dəvət etdi. Bütün bu kimi hallar onu deməyə əsas verir ki, gələcəkdə Türkiyə-Azərbaycan qardaşlığı daha da böyük uğurlara, iqtisadi layihələrə imza atacaq. Bu günlərdə rəsmi açılışı olacaq və Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti və gələn ilə istifadəyə veriləcək TANAP qaz kəməri bunlara əyani sübutdur.
Bütün bunlarla yanaşı cənab Prezident D-8 zirvə toplantısında çıxışı zamanı diqqətləri bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməsi, əsrin faciəsi olan Xocalı soyqırımı haqqında danışması, dünya birliyinin və bəzi ölkələrin, beynəlxalq təşkilatların bu separatizmə qarşı ikili siyasət yürütməsi barədə tədbir iştirakçılarına məlumat verməsi, eyni zamanda Azərbaycanın iqtisadi uğurları ölkədə aparılan islahatlar haqqında da danışması və Azərbaycanın bu illər ərzində hansı iqtisadi uğurlara imza atması haqqında nitq söyləməsi olduqca maraqlı və ölkəmiz üçün yaxşı bir hal idi". Sia.az