Dünyanın ən bahalı selfisi - 626 milyonluq

Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) öz versiyası üzrə 2017-ci ilin rəmzi komandasını açıqlayıb.

Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) öz versiyası üzrə 2017-ci ilin rəmzi komandasını açıqlayıb.

Məlumata görə, rəmzi onbirlikdə ən çox İspaniyanın "Real Madrid" klubu (5 futbolçu) təmsil olunub:

Qapıçı: Canluici Buffon - Qiyməti 2 milyon avro ("Yuventus")

Müdafiəçilər: Dani Alves - Qiyməti 6 milyon avro ("Yuventus"/"PSJ"), Leonardo Bonuççi - Qiyməti 40 milyon avro ("Yuventus"/"Milan"), Serxio Ramos - Qiyməti 40 milyon avro ("Real"), Marselo - Qiyməti 38 milyon avro ("Real")

Yarımmüdafiəçilər: Luka Modriç - Qiyməti 40 milyon avro ("Real"), Toni Kroos - Qiyməti 70 milyon avro ("Real"), Andres İnyesta - Qiyməti 20 milyon avro("Barselona")

Hücumçular: Neymar - Qiyməti 150 milyon avro ("Barselona"/PSJ), Lionel Messi - 120 milyon avro ("Barselona"), Kriştiano Ronaldo - 100 milyon avro ("Real")

Qeyd edək ki, təqdimat mərasimindən sonra mükafatçılar birlikdə selfi ediblər. Bu selfidə olan futbolçuların ümumi dəyəri isə 626 milyon avro təşkil edir.  AzVision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31