Gündəm
Misirə məxsus gəmi Türkiyədə saxlanıldı
"Al Amira Nurhan" adlı Misirə məxsus gəmi Türkiyə Sahil Mühafizə əməkdaşları tərəfindən saxlanılıb. Gəminin saxlanılmasına səbəb kimi Şimali Kiprin su sərhəddini pozduğu göstərilir. Qazımaqusa limanına aparılan gəminin 11 nəfərlik heyəti də həbs edilib.
Vitse-spiker: “Risk yoxdur...”
Oktyabrın 25-də Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, MM sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov gündəlikdəki məsələ barədə məlumat verib.
Sumqayıtda yaşayış binasında yanğın olub
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının texniki mərtəbəsində 10 kv.m sahədə məişət tullantıları yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 11 nəfər bina sakini təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
“ASAN könüllüləri”nin növbəti qrupu Binəqədidə təcrübə keçməyə başlayıb
Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 11-ci qrupun üzvləri ilə görüş keçirilib. “OLAYLAR”-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, görüşdən öncə könüllü gənclər Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara ətraflı məlumat verilib.
Bərzani müstəqillikdən imtina edir
İraq regional Kürd muxtariyyətinin rəhbəri Bərzani rejimi xalqların mənfəətni nəzərə alaraq mərkəzi Bağdad hakimiyyətinə və dünya ictimaiyyətinə atəşkəsin təmin olunması, muxtariyyət ərazisindəki bütün hərbi əməliyyatların dayandırılması, 25 sentyabrda keçirilən referendumun nəticələrinin dondurulmasını təklif edib. Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Bağdadın Kərkük və digər muxtariyyətin inzibati sərhədlərindən kənarda ərazilərin peşmərgədən azad etməsi, Türkiyə və İranın təzyiqləri, ABŞ-ın Bağdadın hərbi əməliyyatlarına neytral qalması Bərzanini küncə sıxışdırıb: “Artıq müstəqillikdən vaz keçməklə, zəif duruma düşən Bərzani Bağdadın şərtləri ilə razılaşmalı olacaq.
Avtomobili qaçıran şəxs saxlanıb
Avtomobil qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti, Suraxanı RPİ 32-ci PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Əhmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Ağarza Bağırov Nərimanov rayonu ərazisində tutulub.
Yevlax sakinindən marixuana götürülüb
Yevlax rayon sakini Anar Rəşidzadənin idarə etdiyi avtomobildə marixuana aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 24-də saat 19 radələrində Yevlax rayon sakini Anar Rəşidzadənin idarə etdiyi “VAZ-21114” markalı avtomobil BDYPİ-nın Şəki şəhəri ərazisindəki stasionar postunda nəzarət qaydasında saxlanılıb.
Gəmiçilikdə “Təhlükəsizlik günü” keçirilib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də "Təhlükəsizlik günü" keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə keçən rüb yazılmış “Müşahidə kartları”nın nəticələri əsas müzakirə mövzusu olub. Bundan başqa, son beş ayda Gəmiçilikdə qeydə alınan qəzalar, yan ötmüş hadisələr, daxili audit və monitorinqlər barədə də danışılıb.
Ekoloji problemlərə həsr olunmuş sərgi keçiriləcək
Gənclər və İdman Nazirliyi tərəfindən noyabrın 21-də “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi keçirililəcək. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu sahədə maarifləndirilmələri, yaradıcılıq potensiallarının dəstəklənmələri və sosial təşəbbüskarlığın stimullaşdırması sərginin əsas məqsədlərindəndir. Sərgidə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İştirakçılara Nazirlik tərəfindən hədiyyə və diplomlar təqdim ediləcək. Sərgi çərçivəsində eyni zamanda gənc rəssamların ekoloji mövzuda çəkdikləri rəsmlərinin nümayişi, rəngkarlıq və xalçaçılıq sənətləri üzrə ustad dərslərinin keçirilməsi və digər faəliyyət növlərinin nümayişi nəzərdə tutulur.
Qeyri-neft sənayesinin genişləndirilməsi prioritet hədəflər sırasında xüsusi yer tutur
“Respublikamızda perspektiv inkişafla bağlı müəyyənləşdirilən prioritet hədəflər sırasında qeyri-neft sənayesinin istehsal imkanlarının genişləndirilməsi xüsusi yer tutur”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Tahir Rzayev səsləndiriib.
Telekanal dini radikalizmi təbliğ edir?
"İnter.az" televiziyası ağlaşma qurub yenə. Bu telekanala da deyəsən pulu qonşu ölkədən buraxırlar. Əməlli-başlı bu kanal İranın təbliğat ruporuna çeviriblər. Militan uşaqlar başlarına sarıq bağlayıb sinə döyürlər, qonşu ölkənin ideoloji klipləri fars əlfbası ilə yayımlanır.
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
"Müasir dövrdə mürəkkəb beynəlxalq münasibətlər sistemi və qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən daxili və xarici siyasətin milli maraqlara, qlobal çağırışlara və reallıqlara nə qədər adekvat olmasıdır”.
Ermənistan prezidentindən daha bir həyasızlıq
İşğalçı Ermənistanın prezidenti Serj Sərkisyan növbəti dəfə dünya ictimaiyyətini aldatmağa yönəlik açıqlamalar verib. “OLAYLAR” -ın erməni mediasına istinadən verdiyi xəbərə görə.
Nəcməddin Sadıkov baş qərargah rəsilərinin toplantısında iştirak edib
Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərində Baş Qərargah rəisləri səviyyəsində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda görüş keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.
Elə genetik xəstəlik var ki, 40 yaşında üzə çıxır"
Fəsadlı mamalıq anamnezi olan qadınların əksəriyyətində buna səbəb trombofiliyanın irsi mutasiyalarıdır. Bu səbəbdən uşaqlar ya vaxtından əvvəl, ya ölü və ya qüsurlu dünyaya gəlirlər. Yaxşı haldır ki, Azərbaycanda müayinə üçün laboratoriya var. Mutassiyalar aşkar olunduqda və düzgün korreksiya verdikdə nəticə müsbət olur.














