Ermənistan prezidentindən daha bir həyasızlıq
İşğalçı Ermənistanın prezidenti Serj Sərkisyan növbəti dəfə dünya ictimaiyyətini aldatmağa yönəlik açıqlamalar verib. “OLAYLAR” -ın erməni mediasına istinadən verdiyi xəbərə görə.
25 Oktyabr 2017 15:10 DünyaSerj Sərkisyan: "Bizim nə Azərbaycan xalqı, nə də İslam dini ilə heç bir problemimiz yoxdur"
İşğalçı Ermənistanın prezidenti Serj Sərkisyan növbəti dəfə dünya ictimaiyyətini aldatmağa yönəlik açıqlamalar verib. "OLAYLAR" -ın erməni mediasına istinadən verdiyi xəbərə görə. Beynəlxalq Müdafiə Araşdırmalar Universitetində çıxışı zamanı Sərkisyan ermənilərin Azərbaycan xalqı ilə heç bir problemi olmadığını söyləyib: "Bizim nə Azərbaycan xalqı, nə də İslam dini ilə heç bir problemimiz yoxdur. Biz Azərbaycan xalqının sülh tərəfdarı olduğuna əminik. Sadəcə bu arzu doğru istiqamətə yönləndirilməlidir". Ermənistan prezidenti daha sonra çıxışında Azərbaycanı təhdid etməkdən də çəkinməyib: "Hər bir əsgər itkimizin əvəzində Azərbaycana qarşı daha sərt tədbirlər həyata keçirəcəyik".