Gündəm

Azərbaycanda xüsusi təhsil kompleksləri yaradılacaq

25 Oktyabr 2017 16:20

Azərbaycanda təhsilin keyfiyyətinin artırılması üçün ilk peşə, orta ixtisas və ali təhsil pillələri üzrə mütəxəssis hazırlayan təhsil komplekslərinin yaradılması nəzərdə tutulur. Bu barədə məsələ 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində nəzərdə tutulur.

"DİN-in əməkdaşı səhvə yol verirsə, cəzalandırılır" - Vaqif Əsədov

25 Oktyabr 2017 16:18

Son günlər sosial şəbəkələrdə və mediada maşını idarə edən zaman söhbət edən sürücünün və onu söhbətə tutan sərnişinlərin cərimələnməsi ilə bağlı rezonans doğuran məlumatlar yayılır. Bakı şəhər DYP-nin sözçüsü, polkovnik Vaqif Əsədovun bu halla bağlı qanunun tələbini səsləndirməsinin ardından Respublika DYP-nin sözçüsü, polkovnik Kamran Əliyev dünən dövlət televiziyasında bu informasiyanı təkzib edib. İctimaiyyətdə bir dövlət orqanının iki qurumunun mətbuat katiblərinin fərqli açıqlamaları suala və yeni müzakirələrə səbəb olub.

"İnter" adını dəyişir - Bu şənbə

25 Oktyabr 2017 16:15

“İnter” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Məlumata görə, “İnter” ev oyunlarını keçirdiyi stadionda klubun yeni adının təqdimat mərasimini keçirmək istəyində olduğunu və bununla əlaqədar olaraq “Kəpəz” – “İnter” görüşünün yerinin dəyişdirilməsini xahiş edib.

Ağır atletika üzrə 4-cü seçmə mərhələ yarışları keçiriləcək

25 Oktyabr 2017 16:14

28 oktyabr – 5 noyabr tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 4-cü seçmə mərhələsi yarışları keçiriləcək.

Müəllim və valideynlərin qəbulu keçiriləcək

25 Oktyabr 2017 16:12

Oktyabrın 27-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR” -a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

“Regionlarda vətəndaş cəmiyyətinin inkişafı” adlı dəyirmi masa keçirilib

25 Oktyabr 2017 16:11

Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 25 oktyabr 2017-ci il tarixində Sumqayıtın Tarixi Muzeyində “Regionlarda vətəndaş cəmiyyətinin inkişafı”adlı dəyirmi masa keçirib.

Elçin Babayev: "Yerdə baş verən geomaqnit qasırğası güclü qasırğalardan deyil"

25 Oktyabr 2017 16:00

Yerdə baş verən geomaqnit qasırğası mütəmadi təkrarlanan orta səviyyəli qasırğalardan biridir. Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, birigün qasırğa yenidən əvvəlki vəziyyətinə qayıdacaq.

Gömrük rəisi siqaretlərin və alkoqollu içkilərin qiymətinin artması haqqında

25 Oktyabr 2017 15:57

Azərbaycanda tütün məmulatları və spirtli içkilərin idxalına tətbiq olunan aksiz vergisinin artırılması yüksək bahalaşmaya gətirib çıxarmayacaq. Bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, aksiz dərəcəsi qaldırılarkən vəziyyət ətraflı təhlil olunur: “Tütün və spirtli içkilər ilkin ehtiyac məhsulları deyil, həm də faiz artımı çox kəskin olmayacaq”.

Kataloniya ispan kralını “persona non qrata” elan etdi

25 Oktyabr 2017 15:54

Kataloniya muxtar vilayətinə daxil olan Jirona şəhər şurası İspaniya kralı VI Filipi “persona non – qrata” elan edib.  İspaniya hökuməti oktyabrın 21-də keçirilən təcili toplantıda Kataloniya hökumətini istefaya göndərmək və altı ay ərzində növbədənkənar seçki keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. Qərarı İspaniya senatı da təsdiqləməlidir. İclas oktyabrın 27-nə nəzərdə tutulub.

Pakistanlı general: “Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir”

25 Oktyabr 2017 15:52

Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Bunu Pakistan ordusunun ehtiyatda olan general-leytenantı Tariq Xan bildirib. Generalın sözlərinə görə, Ermənistan işğal olunan Azərbaycan torpaqlarını azad etməli və münaqişə zonasından öz qoşunlarını çıxarmalıdır. “Dünya birliyi Yerevanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün Ermənistana təzyiq etməlidir. Qarabağ məsələsində Pakistan həmişə Azərbaycanın yanında olmalıdır”, - deyə pakistanlı general bildirib.

3 qitə 2500 metr yüksəklikdə birləşdi – 500 milyardlıq şəhər qurulacaq

25 Oktyabr 2017 15:48

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmanın təşkil etdiyi “Neom” layihəsinin detalları açıqlanıb. 500 milyard dollarlıq layihə Səudiyyə Ərəbistanının şimal-qərbindəki Akabe körfəzi və Qırmızı dəniz sahillərinə qədər uzanacaq. Asiya, Avropa və Afrika qitələrini birləşdirəcək “Neom” “gələcəyə çatmaq nöqtəsi” adlandırılır. Layihənin 9 ana mövzusu var. Bunlar enerji və su, hərəkətlilik, biotexnologiya, qida, hasilat, media, əyləncə, texnoloji, dijital elmlər və Neom təməllərində yaşam mövzularıdır.

Moskva meri: “Miqrantlar neft şirkətlərindən daha çox vergi ödəyirlər”

25 Oktyabr 2017 15:46

Moskva meri Sergey Sobyanin miqrantlar üçün patentin qiymətinin qaldırılmasını təklif edib. Paytaxt meri bu gün Moskva şəhər Dumasına hesabatla çıxış edib. O, çıxışında Moskvaya miqrant axınını nəzarətdə saxlamaq üçün əmək patentinin qiymətinin artırılmasını təklif edib: “Əlbəttə ki, biz şəhərdə miqrantların optimal səviyyədə olması üçün çalışmalıyıq.

Naxçıvan MR-nın büdcəsi 2 milyard manatdan çox olacaq

25 Oktyabr 2017 15:42

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 2018-ci il üzrə büdcəsi müəyyənləşib. Məlumata görə, bu, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində əksini tapıb. Layihəyə əsasən 2018-ci ildə muxtar respublikanın büdcəsi 2 81 900 000 manat həcmində olacaq. Büdcə zərfi Milli Məclisə daxil olub və noyabrın 21-dən müzakirəsinə başlanacaq.  

Politoloq: "Ermənistana qarşı diplomatiyamız daha hücumedici olmalıdır"

25 Oktyabr 2017 15:38

"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra düşmən ölkə tərəfindən sələnən ifadələr onların sülh prosesinə hazır olmadıqlarını göstərir. Hazırki vəziyyət Ermənistan üçün qane edicidir. Çünki onların əsas məqsədləri də məhz münaqişənin həll edilməməsidir”. Bunu  politoloq Fikrət Sadıqov deyib.

Neft qiymətlərinin dəyişməsi büdcəyə nə vəd edir?

25 Oktyabr 2017 15:32

Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra bu yeraltı sərvət ətrafında yaranan qeyri-müəyyən vəziyyət hələ də davam etməkdədir. Qiymətlərdə baş verən nisbi artım və eyni templə azalma ötən müddət ərzində bir neçə dəfə müşahidə edilib və hazırda da eyni tendensiya davam edir. Mütəmadi olaraq baş verən artım-azalma isə neft ixrac edən ölkələr kimi Azərbaycanı da dövlət büdcəsinə il ərzində bəzən bir neçə dəfə belə nəzər salmağa sövq edir. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl neft qiymətlərində baş verən nisbi artım zamanı büdcəyə yenidən nəzər yetirmək zərurəti yaratmışdı.