Politoloq: "Ermənistana qarşı diplomatiyamız daha hücumedici olmalıdır"
"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra düşmən ölkə tərəfindən sələnən ifadələr onların sülh prosesinə hazır olmadıqlarını göstərir. Hazırki vəziyyət Ermənistan üçün qane edicidir. Çünki onların əsas məqsədləri də məhz münaqişənin həll edilməməsidir”. Bunu politoloq Fikrət Sadıqov deyib.
25 Oktyabr 2017 15:38 Siyasət"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra düşmən ölkə tərəfindən sələnən ifadələr onların sülh prosesinə hazır olmadıqlarını göstərir. Hazırki vəziyyət Ermənistan üçün qane edicidir. Çünki onların əsas məqsədləri də məhz münaqişənin həll edilməməsidir". Bunu politoloq Fikrət Sadıqov deyib.
Politoloqun sözlərinə görə, baxmayaraq ki, aparıcı ölkələr, ATƏT-in Minsk qrupu həmsədrləri, müxtəlif bəyanatlar verir, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, lakin problemin həlli istiqamətində heç bir addım atmırlar: "Belə olan halda, Ermənistan qətnanmələrin yerinə yetirilməsində biganəlikdən istifadə edir".
Azərbaycanın problemin həlli ilə bağlı mövqeyinin prinsipal, dəyişilməz olduğunu deyən F.Sadıqov söyləyib ki, ölkəmiz öz torpaqlarımızın işğaldan azad etməlidir: "Bu hüquqi, siyasi, diplomatik və ya hərbi yolla ola bilər. Hazırda deyə bilmərik ki, aprel döyüşləri mütləq təkrar olunmalıdır. Amma Ermənistan hazırki mövqeyini davam etdirsə, bu istisna deyil. Çünki, Azərbaycan bütün yollardan istifadə edib və edir".
"Ən pisi odur ki, Ermənistan tək özü deyil, eyni zamanda beynəlxalq təşkilatların əli ilə Azərbaycana qarşı təxribatlar etməyə çalışır. Bunu son dövrdə AŞPA-da qəbul edilən qətnamələrdə də gördük. Bu, bir sıra beynəlxalq güclərin, o cümlədən beynəlxalq strukturlarda fəaliyyət göstərən müxtəlif qüüvvələrin Ermənistana açıq şəkildə dəstəyidir. Məhz bunun nəticəsidir ki, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, həllini tapmır. Əgər beynəlxalq təşkilıatlar və güclər Düşmən ölkəni dəstəkləməsəydilər, o zaman problem çoxdan həll olar, torpaqlarımız işğaldan azad oluna bilərdi. Lakin nədənsə buna imkan verilmir. Nəticə etibarı ilə düşmən ölkə ilə bağlı deyil, işğala məruz qalan Azərbaycana qarşı haqsız qətnamələr qəbul edilir, səbəbsiz yerdən günahlandırılır. Təbii ki, bu yol verilməzdir. Azərbaycan siyasi və diplomatik yolla onların cavabını verir. Lakin bizim diplomatiyamız daha hücumedici olmalı, siyasi addımlarımız daha qəti və prinsipal olmalıdır"- deyə, F. Sadıqov əlavə edib. Sia.az