Gündəm

Siyavuş Novruzov: YAP-da hesabat-seçki konfransları yekunlaşmaq üzrədir

25 Oktyabr 2017 17:18

Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatlarının hesabat-seçki konfransları yekunlaşmaq üzrədir. Bunu YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Gürcüstan vətəndaşlarının Avropa İttifaqına səfər qaydaları sərtləşdirilir

25 Oktyabr 2017 17:13

“Gürcüstan vətəndaşları Avropa İttifaqına vizasız səfər etməsi üçün ilkin avtorizasiyadan keçməlidir”. Bunu jurnalistlərə ölkə xarici işlər nazirinin müavini Vaxtanq Maxarobluişvili deyib. Onun sözlərinə görə, Avropa parlamentinin vətəndaşların azadlığı, məhkəmə və daxili iş məsələləri üzrə komitəsi bu təşəbbüsü dəsətəkləyir.

Matviyenko: "İranın nüvə sazişindən çıxması fəlakətə səbəb olacaq"

25 Oktyabr 2017 17:10

"İranın nüvə sazişindən çıxması fəlakətə səbəb olacaq". Məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkodeyib. O bildirib ki, İranın ABŞ tərəfindən təzyiqlərin güclənməsinə cavab olaraq nüvə sazişindən çıxması fəlakətə səbəb ola bilər: "Bu, eyni zamanda Şimali Koreya ilə danışıqlara da mənfi təsir göstərə bilər". 

Türkmənistan diplomatı: “İran-Türkmənistan-Qazaxıstan dəmir yolu xətti ciddi geosiyasi amildir”

25 Oktyabr 2017 17:09

Türkmənistanın Azərbaycandakı səfirliyində "Türkmənistan-əzəmət və xoşbəxtlik dövründə Böyük İpək yolunun ürəyi" mövzusunda mətbuat konfransı keçirilib. 

Ərdoğan Ankara, Bağdad və Tehran üçlüyü haqqında

25 Oktyabr 2017 17:06

Ankara, Bağdad və Tehran İraqın şimalında böyük uğurlara nail olub. Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Heydər əl-Abadi ilə birgə mətbuat konfransında deyib.

Türkiyədə sel hərbi maşını və hərbçiləri apardı - Ölən var

25 Oktyabr 2017 17:04

Türkiyənin Tekirdağ vilayətində sel hərbi maşını aparıb. Məlumata görə, insident nəticəsində 1 nəfər hərbçi həlak olub. Məlumata görə, hadisə zamanı avtomobildə 4 hərbçi və 2 polis olub.

Ermənistanda iki əsgər və 2 zabit hərbi hissədən qaçıb

25 Oktyabr 2017 17:02

Ermənistan Ordusunun hərbçiləri xidmət yerini özbaşına tərk ediblər. Məlumata görə, Ermənistan Ordusunda hökm sürən qanunsuzluqlar səbəbindən hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edirlər. Bu günlərdə hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçular Harut Melikyan və Rudik Hakopyan barəsində cinayət işi başlanıb.

Nazirlik “Bad Rabbit” təhlükəsi ilə bağlı xəbərdarlıq edib

25 Oktyabr 2017 17:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bad Rabbit” təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, müxtəlif ölkələrdə 200–dən çox dövlət qurumunun və özəl təşkilatların informasiya sistemlərinə zərbə vuran “Bad rabbit” adlandırılan ransomware virusu aşkar olunub. Qeyd edək ki, virus “Win32/Diskcoder.D” “Trojan-Ransom.Win32.Gen.f”, “Win32/Tibbar”, “Troj/Ransom-ERK” adları altında sistemlərə nüfuz edir.

Azərbaycanın Dostları Assosiasiyasının üzvləri Venesiyada Azərbaycan pavilyonunu ziyarət ediblər

25 Oktyabr 2017 16:27

Azərbaycann Dostları Assosiasiyasının İdarə Heyəti, eləcə də üzvləri Jan-Fransua Manselin rəhbərliyi və YUNESKO-nun sülhməramlı incəsənət xadimi, rəssam Hedva Serin iştirakı ilə 57-ci Venesiya Biennalesini ziyarət ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qonaqlara Venesiya Biennalesində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yaradılmış Azərbaycan pavilyonu barədə məlumat verilib. Bildirilib ki, ölkəmiz bu beynəlxalq incəsənət sərgisində 2007-ci ildən iştirak edir və bu il artıq 6-cı dəfədir Venesiya Biennalesində təmsil olunur. “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlanan milli pavilyonda Azərbaycanın multikultural ənənələri, etnik-mədəni müxtəlifliyi və tolerantlığı əksini tapıb. Venesiyanın izdihamlı məkanlarından birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında nümayiş olunan sərginin konsepsiyası Azərbaycanda mövcud olan mədəni müxtəlifliyi bədii interpretasiya yolu ilə ifadə edir.

AzTU-da aprel şəhidinin xatirə günü qeyd edilib

25 Oktyabr 2017 16:27

Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun xatirə günü keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, şəhidin təhsil aldığı AzTU-nun Elektrotexnika və energetika fakültəsinin müəllim və tələbələri, Əbdülməcid Axundovun yaxınları, həmçinin jurnalistlər, Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Elektrotexnika və energetika fakültəsinin dekanı Mahir Bəşirov Şəhid haqqında məlumat verib, onun universitetdə oxuduğu müddətdə ictimai fəallığından danışıb.

“Köçkünlərin həsrəti” təqdim olundu

25 Oktyabr 2017 16:28

Oktyabrın 25-də Dillər Universitetində universitetin Alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə görkəmli rejissor Ziya Şıxlinskinin çəkdiyi, almanların Qafqaza köçürülməsinin 200 illiyinə həsr olunmuş “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla qonaqları və iştirakçıları salamlayaraq tədbirin Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında imzaladığı Sərəncama əsasən keçirildiyini deyib.

Muğam Mərkəzində Molla Pənah Vaqifin 300 illik yubileyi

25 Oktyabr 2017 16:26

Muğam Mərkəzində böyük Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub. Olaylar bildirir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası Mədəniyyət kanalının birgə layihəsi əsasında baş tutub. Gecənin bədii hissəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov, xanəndələr Abgül Mirzəliyev, Babək Şuşalı , Zeynal Əhmədov, Məmməd Nəcəfov –Humayun təsnifi, Xətai Hacıyev- Segah təsnifini  ifa ediblər.

Eldəniz Zeynalov xatırlanacaq

25 Oktyabr 2017 16:25

Oktyabrın 27 – də Xalaq artisti Eldəniz Zeynalovun 80 illik yubiliyi qeyd olunacaq. Olaylar bildirir ki, tədbir Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında həyata keçiriləcək.

Penitensiar Xidmətin əməkdaşları məhbusların qaçmasına görə özlərini təqsirli biliblər

25 Oktyabr 2017 16:25

Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə NazirliyiPenitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov elan olunmuş ittihama münasibət bildiriblər.

Azərbaycanın səfirlik və konsulluqlarına gələn il 56 milyon manatdan çox vəsait ayrılacaq

25 Oktyabr 2017 16:23

Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarına 2018-ci ildə büdcədən ayrılacaq vəsait müəyyənləşib. Məlumata görə, bu, “Azərbaycan Respublikasının 2018-ci il üzrə büdcə layihəsi”ndə əksini tapıb.