Muğam Mərkəzində Molla Pənah Vaqifin 300 illik yubileyi
Muğam Mərkəzində böyük Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub. Olaylar bildirir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası Mədəniyyət kanalının birgə layihəsi əsasında baş tutub. Gecənin bədii hissəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov, xanəndələr Abgül Mirzəliyev, Babək Şuşalı , Zeynal Əhmədov, Məmməd Nəcəfov –Humayun təsnifi, Xətai Hacıyev- Segah təsnifini ifa ediblər.
25 Oktyabr 2017 16:26 MədəniyyətMuğam Mərkəzində böyük Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub. Olaylar bildirir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası Mədəniyyət kanalının birgə layihəsi əsasında baş tutub.
Gecənin bədii hissəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov, xanəndələr Abgül Mirzəliyev, Babək Şuşalı , Zeynal Əhmədov, Məmməd Nəcəfov -Humayun təsnifi, Xətai Hacıyev- Segah təsnifini ifa ediblər.
Gecədə Azərbaycan Televiziyasının çəkdiyi "Vaqif" filmindən fraqmentlər nümayiş etdirildi.
Tədbirin aparıcısı Xalq artisti Eldost Bayram idi.