“Köçkünlərin həsrəti” təqdim olundu
Oktyabrın 25-də Dillər Universitetində universitetin Alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə görkəmli rejissor Ziya Şıxlinskinin çəkdiyi, almanların Qafqaza köçürülməsinin 200 illiyinə həsr olunmuş “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla qonaqları və iştirakçıları salamlayaraq tədbirin Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında imzaladığı Sərəncama əsasən keçirildiyini deyib.
25 Oktyabr 2017 16:28 Teatr və kinoOktyabrın 25-də Dillər Universitetində universitetin Alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə görkəmli rejissor Ziya Şıxlinskinin çəkdiyi, almanların Qafqaza köçürülməsinin 200 illiyinə həsr olunmuş "Köçkünlərin həsrəti" adlı film nümayiş olunub.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla qonaqları və iştirakçıları salamlayaraq tədbirin Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında imzaladığı Sərəncama əsasən keçirildiyini deyib.
"Köçkünlərin həsrəti" filmindən bəhs edən K.Abdulla ekran əsərində bir çox gözəl məqamlara toxunulduğunu qeyd edərək onun çox təsirli və son dərəcə kədərli bir film olduğunu söyləyib. Almaniyanın Azərbaycandakı səfirinin daimi nümayəndəsi Fereza Şönfeld 200 il bundan əvvəl Azərbaycana gələn almanların azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılandığını və Azərbaycan xalqının onlara qarşı böyük rəğbəti sayəsində almanların burada uzun müddət yaşadığını qeyd edib. O, Azərbaycan-Almaniya əlaqələrinin bu gün də yüksək səviyyədə olduğunu sözlərinə əlavə edib və alman dilinin yüksək səviyyədə tədrisinə görə həm ölkə, həm də universitet rəhbərliyinə təşəkkür edib.
Filmin rejissoru, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski film haqqında ümumi məlumat verib və onun mövzusunun seçilməsi barədə xatirələrini iştirakçılarla bölüşüb.
Tədbirdə Xarici dillər kafedrasının dosenti Lətifə Qurbanova "Kiçik qızın almanlar haqqında təəssüratları", Alman dilinin fonetikası və qrammatikası kafedrasının dosenti Samirə Adışova "Almanların Azərbaycanda izləri", Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Ulduz Aslanova isə "Müasir dövrdə Azərbaycan-alman əlaqələri (1992-2017)" adlı məruzə ilə çıxış ediblər.