Kataloniya ispan kralını “persona non qrata” elan etdi

Kataloniya muxtar vilayətinə daxil olan Jirona şəhər şurası İspaniya kralı VI Filipi “persona non – qrata” elan edib.  İspaniya hökuməti oktyabrın 21-də keçirilən təcili toplantıda Kataloniya hökumətini istefaya göndərmək və altı ay ərzində növbədənkənar seçki keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. Qərarı İspaniya senatı da təsdiqləməlidir. İclas oktyabrın 27-nə nəzərdə tutulub.

Kataloniya muxtar vilayətinə daxil olan Jirona şəhər şurası İspaniya kralı VI Filipi "persona non - qrata" elan edib.  İspaniya hökuməti oktyabrın 21-də keçirilən təcili toplantıda Kataloniya hökumətini istefaya göndərmək və altı ay ərzində növbədənkənar seçki keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. Qərarı İspaniya senatı da təsdiqləməlidir. İclas oktyabrın 27-nə nəzərdə tutulub.

Özünü müstəqil elan edən Kataloniyanın lideri Karlos Puçdemon isə bu qərarı Kataloniya üçün təhqir və demokratiyaya hücum adlandırıb. Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31