Gündəm
Türkiyənin 4 vilayətində göz-gözü görmür: nəqliyyatın hərəkətini iflic oldu
Türkiyənin Qaziantep, Şanlıurfa, Kilis və Malatya vilayətlərində havada müşahidə olunan normadan artıq toz dumanı nəqliyyatın hərəkətini iflic edib. Bu vilayətlərdə yollarda görünmə məsafəsi 50 metrədək düşüb.
Radikalların müxalifətçilik uğrunda mübarizəsi
Seçki yaxınlaşdıqca ölkə müxalifətində bir-birindən maraqlı proseslər cərəyan edir. Daha doğrusu hər seçki ərəfəsində olduğu kimi radikal müxalif düşərgədə təmsil olunan partiyalar və onların liderləri bir-birini gözdən salmaqla önə çıxmaq, müxalifətin vahid namizədinə çevrilmək yarışına giriblər. Hazırda müxalifət düşərgəsaində cərəyan edən proseslərlə bağlı Çağdaş Strateji Araşdırma Mərkəzi təhlil aparıb. Mərkəzin apardığı təhlil əsasında hazırlanmış materialda qeyd edilir ki, radikal müxalifət düşərgəsindəki olaylar get-gedə daha açıq müstəviyə çıxmaqla, orada cərəyan edən hadisələr həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, əslində ənənəvi müxalifət partiyaları siyasi cəhətdən zəif durumda olduqlarını anlayırlar və hazırda “hakimiyyətə gəlmək” adı altında müxalifətçilik edirlər.
Estetik əməliyyatda cərrah səhvi
Hazırda estetik-plastik əməliyyatlar ən geniş yayılmış cərrahiyə əməliyyatlarından hesab olunur. Öz görünüşlərini bəyənməyən insanlar problemin həlli yolunu cərrahlara üz tutmaqda görürlər. Hətta xarici görünüşlərini dəyişmək üçün davamlı əməliyyatlar aparılmasını istəyirlər. Bunun müqabilində külli miqdarda vəsait ödəməkdən belə çəkinmirlər. Çox təəssüf ki, bəzi hallarda daha eybəcər vəziyyətə düşürlər.
Maqnit qasırğaları nədən yaranır və ölüm gətirirmi?..
Son bir neçə aydır, mütəmadi olaraq geomaqnit qasırğasının baş verməsi haqqında məlumatlar oxuyuruq. Məsələn, dünəndən başlayan və bir neçə gün davam etməsi gözlənilən maqnit fırtınaları buna nümunədir.
Restoranlar bəstəkarlara pul ödəməlidir – qaydalara əməl olunacaqmı?..
Nazirlər Kabineti müəllif qonorarının minimum miqdarı haqqında qaydalara dəyişiklik edilib. Belə ki, şadlıq evləri, kafe - restoranlar, barlar və digər obyektlərdə ifa olunan musiqilərə görə həmin obyektlərin mülkiyyətçiləri musiqi müəlliflərinə qonorar ödəyəcəklər.
Məşhur aktyor xəstəxanaya yerləşdirildi
Məşhur türkiyəli aktyor Burak Özçivit xəstəxanaya yerləşdirilib. Olaylar bildirir ki, Kerem Bürsin və Burak Özçivitin birgə rol aldığı "Can Feda" filminin çəkilişləri zamanı bədbəxt hadisə baş verib. Çəkiliş zamanı ayağ biləyindəki bağların qopması səbəbi ilə xəstəxanaya yerləşdirilib.
Özbəkistan prezidenti Türkiyədə
Özbəkistan prezidenti Şövkət Mirziyayev Türkiyədə rəsmi səfərdədi. Olaylar bildirir ki, prezidenti Ankara Esenboğa hava limanında baş nazirin müavini Bəkir Bozdağ qarşılayıb.
DİQQƏT! Maqnit qasırğaları yaxın aylarda da tüğyan edəcək
Hər iki həftədən bir təkrarlanan maqnit qasırğaları yerin səthində bir neçə ay tüğyan edəcək. Məlumata görə, mütəxəssislər qeyd edirlər ki, maqnit qasırğalarının təsirinin azalması üçün günəş küləklərinin konfiqurasiyası dəyişməlidir. Bu dəyişiklik baş vermədikcə Yer iki həftədən bir maqnit qasırğalarının təsirinə məruz qalacaq.
5 yaşlı qızını öldürən ananın məhkəməsi : “Uşağı öldürmüsən, etiraf elə”
Qusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Qusar rayon sakini Vahid Babayev ifadə verib. Şahidin sözlərinə görə, təqsirləndirilən şəxsin həyat yoldaşı Bəxtiyar Ömərovla eyni kənddə yaşayıblar, qohumdurlar. Vahid Babayev deyib ki, mərhumun atası ona zəng edib, qızı Luizanın zəhərlənib öldüyü xəbərini çatdırıb. Şahid qeyd edib ki, Bəxtiyar ona Gülnarənin qızı döyməsi barədə də danışıb.
Sərkisyan özünü sığortalamağa çalışır
Son günlər cəbhə xəttində yaşanan xoşagəlməz olaylar, erməni hərbiçilərinin törətdikləri növbəti təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbiçisinin şəhid olması Azərbaycan və Ermənistan Prezidentlərinin Cenevrə danışıqlarının bir daha nəticəsiz və heç bir perspektivi olmayan bir görüş olduğu reallığını ortaya qoydu. Cenevrə danışıqları bitər-bitməz işğalçı ölkə prezidentinin yenidən Azərbaycanla təhdid dilində danışması, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə bir söz deyib, elə həmin görüşün üzərindən heç 1 saat keçməmiş İsveçrədəki Ermənistan səfirliyində diaspor nümayəndələri ilə keçirdiyi görüşdə Dağlıq Qarabağdan heç vaxt vaz keçməyəcəklərini açıqca söyləməsi cəbhədə yeni gərginliyin yaşanacağından xəbər verirdi.
İslamın hər hansı bir modeli varmı?
Ərəb İslamı, türk İslamı, fars İslamı və sair kimi ifadələri tez-tez eşidirik. Son illər mətbuatda, gündəlik həyatda İslamın Azərbaycan modeli ifadəsinin də işləndiyinin şahidi oluruq. Həqiqətən də İslamın ərəb, türk, fars modelləri vardırmı və İslamın Azərbaycan modeli deyildikdə nə nəzərdə tutulur? Ümumiyyətlə İslamın hər hansı bir modeli deyildikdə onun bu dini qəbul edən cəmiyyət tərəfindən şəkilləndirilməsimi, yoxsa mövcud olduğu cəmiyyətin mədəniyyətinin həmin dinə təsirimi, və yaxud da İslamın yayıldığı ölkələrdəki dövlət quruluşu və həmin quruluşun dini tənzimləməsimi başa düşülür və ya başa düşülməlidir?
İrəvanın Qərblə gizli oyunu Moskvanın xoşuna gəlmir
Hazırda Ermənistan çətin durumda qalıb var-gəl edən, hansı istiqamətə gedəcəyini müəyyənləşdirə bilməyən bir ölkə kimi xarakterizə edilir. Gah Avropaya, gah da Rusiyaya meyillənmə İrəvanı loru dildə desək sözün həqiqi mənasında haça-paça qoyub. Kremldən bir az incik düşən kimi Qərbə meyillənmə baş qaldırsa da, lakin Moskvadan dərhal verilən reaksiya və hədə-qorxu İrəvanı həmin anda geri addım atmaq məcburiyyətində qoyur.
Üç ölkənin daha bir uğurlu əməkdaşlığı- Bakı-Tbilisi-Qars
Azərbaycanın bilavasitə iştirakı ilə daha bir regional və beynəlxalq əhəmiyyətli layihə reallaşmaq üzrədir. Söhbət Azərbaycan, Türkiyə və Gürcüstanın birgə iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən gedir. Artıq sözügedən dəmir yolu xəttinin rəsmi açılışına sayılı günlər qalıb. Məlumata görə, oktyabrın 30-da üç ölkənin daha bir uğurlu əməkdaşlığı sayılan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi olacaq. Qeyd edilən tarixdə Bakıdan start veriləcək mərasim daha sonra Tbilisi və Qarsda davam edəcək. Bakı-Tbilisi-Qarsın rəsmi açılış mərasimində hər üç ölkənin dövlət başçılarının iştirakı nəzərdə tutulur. Prezidentlərin Bakıdan Qarsa məhz həmin qatarla hərəkət edəcəyi də bildirilir.
Bankomatlardan pul oğurlanmasının qarşısını necə almaq olar?
Son illər cəmiyyətdə müxtəlif yönlü cinayətkarlıq hallarının artdığı kimi mənfi tendensiya müahidə edilir. Bu cinayətlərin bəziləri ağır, bəziləri isə yüngül ailə-məişət xarakterli, yaxud soyğunçuluq məqsədilə törədilən cinayətlər olur. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, elm və texnika, texnologiyalar inkişaf etdikcə, sanki cinayət növləri də yeni texnologiyalara uyğunlaşır. Son illərdə soyğunçuluq məqsədilə həyata keçirilən cinayətlər sırasında bankomatlardan cinayət yolu ilə pul əldə etmə kimi mənfi hallar da müşahidə edilir.
Novruz Məmmədov Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən danışdı
“Bu ilin oktyabrın 30-da açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Asiyanı birləşdirməsindən, bir-birinə yaxınlaşdırmasından başqa böyük bir missiyası, vəzifəsi ola bilməz”. Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov deyib.













