Radikalların müxalifətçilik uğrunda mübarizəsi

Seçki yaxınlaşdıqca ölkə müxalifətində bir-birindən maraqlı proseslər cərəyan edir. Daha doğrusu hər seçki ərəfəsində olduğu kimi radikal müxalif düşərgədə təmsil olunan partiyalar və onların liderləri bir-birini gözdən salmaqla önə çıxmaq, müxalifətin vahid namizədinə çevrilmək yarışına giriblər. Hazırda müxalifət düşərgəsaində cərəyan edən proseslərlə bağlı Çağdaş Strateji Araşdırma Mərkəzi təhlil aparıb. Mərkəzin apardığı təhlil əsasında hazırlanmış materialda qeyd edilir ki, radikal müxalifət düşərgəsindəki olaylar get-gedə daha açıq müstəviyə çıxmaqla, orada cərəyan edən hadisələr həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, əslində ənənəvi müxalifət partiyaları siyasi cəhətdən zəif durumda olduqlarını anlayırlar və hazırda “hakimiyyətə gəlmək” adı altında müxalifətçilik edirlər.

Və kompromat savaşı yeni mərhələdə

Seçki yaxınlaşdıqca ölkə müxalifətində bir-birindən maraqlı proseslər cərəyan edir. Daha doğrusu hər seçki ərəfəsində olduğu kimi radikal müxalif düşərgədə təmsil olunan partiyalar və onların liderləri bir-birini gözdən salmaqla önə çıxmaq, müxalifətin vahid namizədinə çevrilmək yarışına giriblər. Hazırda müxalifət düşərgəsaində cərəyan edən proseslərlə bağlı Çağdaş Strateji Araşdırma Mərkəzi təhlil aparıb. Mərkəzin apardığı təhlil əsasında hazırlanmış materialda qeyd edilir ki, radikal müxalifət düşərgəsindəki olaylar get-gedə daha açıq müstəviyə çıxmaqla, orada cərəyan edən hadisələr həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, əslində ənənəvi müxalifət partiyaları siyasi cəhətdən zəif durumda olduqlarını anlayırlar və hazırda "hakimiyyətə gəlmək" adı altında müxalifətçilik edirlər. Daha doğrusu, müxalifətçi adını saxlamağa cəhdlər göstərirlər. Çünki ictimai rəydə əsaslı olaraq belə bir fikir formalaşıb ki, artıq ölkədə müxalifət deyilən amil qalmayıb. Burada əsas günah isə məhz müxalifət "liderlərinin" özlərindədir. Əsasən, AXCP və Müsavat partiyaları arasında zaman-zaman baş qaldıran və get-gedə daha şiddətli hal alan qarşıdurmalar sözügedən konteksti əhatə etməkdədir. "Real müxalifətçi mənəm" prinsipi isə düşərgə "liderlərinin" məlum savaşları mənzərəsində daha bir faktı doğruldur - onlar özlərini xalqdan təcrid edirlər. Yəni xalq, onlara ümumiyyətlə, inanmır. Burada isə digər məsələlər var ki, onları araşdırdıqca görürük ki, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli, İlqar Məmmədov və s. "liderlər" müxalifətdə qalmaq üçün heç də problemləri həll etmək, dialoqa getmək məqsədi daşımırlar. Onların məqsədləri bu ad altında şəxsi dividentlərini artırmaq və siyasi biznes qurmaqdan ibarətdir. Misal üçün, mitinqlər keçirmək, seçkilər ərəfəsində xarici anti-Azərbaycan xarakterli dairələrin sifarişlərini reallaşdırmaq, saxta sənədlər vasitəsilə "siyasi mühacir" statusları vermək, "siyasi məhbus", ya da "vicdan məhbusu" kimi saxta vasitələrlə maliyyə imkanlarını artırmaq kimi hallar məhz siyasi biznes məqsədinin tərkib hissələridir. 

Əli Kərimlinin müxalifət "liderlərinə" qarşı planları yenidən işə düşür

Mərkəz hesab edir ki, belə bir məqamda bir-birlərinə mane olduqlarını anlayan "liderlər" opponentlərini uzaqlaşdırmaqdan ötrü əsas olaraq, "hakimiyyətə işləmək" suçlarını işə salırlar. Düzdür, artıq bu dırnaqarası mexanizm də onların istədikləri nəticələrini verməsə də, hələ ki, ondan maksimum yararlanmağa çalışırlar.  Bu xüsusda daha çox aktiv görünən isə "Milli Şura"nın qeyri-rəsmi rəhbəri hesab edilən AXCP sədri Əli Kərimidir. Çünki son zamanlar Ə.Kərimli istər Müsavat rəhbərliyini, istərsə də digərlərini öz biznes zonasından kənarlaşdırmaqdan ötrü "Milli Şura" və AXCP-dən başqa müxalifətdə heç bir real müxalifətçi siyasi təşkilatın olmadığını bir neçə dəfə qeyd edib. Belə bir gedişlə o əsas rəqibini - Müsavatın sabiq başqanı, hazırda bir neçə partiyanı özündə birləşdirən "MSDM" adlı təşkilata rəhbərlik edən İsa Qəmbəri və hazırkı başqan Arif Hacılını "vurmağa" çalışır. Son zamanlar hər iki cinahda başlayan söz atışmaları da bu reallığa söykənməkdədir. 

Cəmil Həsənlini İsa Qəmbərdən üstün tutmaq cəhdi və növbəti uğursuzluq

Belə ki, bir neçə gün öncə Müsavat başqanının müavini Yadigar Sadıqov təmsil etdiyi partiyasının müxalifəti parçalamaqda ittiham edilməsinə qarşı deyib ki, 2013-cü ildə baş verənlər bilavasitə vahid namizəd məsələsində yaranmış qarşıdurmaların nəticəsidir. Çünki prezident seçkiləri ərəfəsində "Milli Şura"nın ilk namizədi Rüstəm İbrahimbəyovun ölkəyə dönməkdən imtina etməsi və onun ardınca Cəmi Həsənlinin bu posta təyinatı müsavatçıları qıcıqlandırıb. Ən azından ona görə ki, İ.Qəmbər C.Həsənlidən daha rentabelli müxalifətçi kimi tanınırdı. 
Başqa tərəfdən, Müsavat partiyasının qurumu tərk etməsinin səbəblərindən digəri Ə.Kərimlinin söz sahibi olması, o cümlədən, "Milli Şura"nın Rusiyanın qaranlıq siyasi dairələri tərəfindən idarə edilməsi idi. Yəni ortada kifayət qədər əsaslar var idi ki, Müsavat partiyası başqan qarışıq bütün üzvləri ilə qurum sıralarını tərk etsinlər.

Mərkəz onu da qeyd edir ki, 2018-ci il seçkiləri yaxınlaşdıqca, tərəflər arasında yaşanan gərginliklərin artacağını indidən proqnozlaşdırmaq mümkündür. Ancaq onların belə qərar vermələri AXCP sədri Ə.Kərimlinin əlinə necə deyərlər, "kozır" vermiş oldu və o bütün gücü ilə müsavatçıları hakimiyyətə işləməkdə, xəyanətdə suçlamağa başladı. Bununla da Ə.Kərimlinin siyasi biznesi üçün imkanlar açıldı və o hazırda da bu imkanlarından yararlanmağa çalışır. Əbəs deyil ki, Müsavatın rəhbərliyi dəyişildikdən sonra A.Hacılı bir neçə dəfə AXCP-yə barışıq təklifi etsə də, qarşı tərəf bu təklifləri rədd etdi. Beləliklə, Ə.Kərimli "öz əlim, öz başım" amilini seçərək, ona mane olanlardan qurtuldu.  Bu baxımdan, indiki zamanda Müsavat rəhbərliyinin yürüş aksiya keçirməsi, yaxud da mitinq təşkil etməsi məsələsi gündəmə çıxandan sonra AXCP və "Milli Şura" var gücü ilə müsavatçıların həmin qərarlarına badalaq vurmağa çalışırlar. Çünki qarşılarına növbəti maneələr çıxmağa başlayır. Xüsusilə 2018-ci il seçkiləri yaxınlaşdıqca, tərəflər arasında yaşanan gərginliklərin artacağını indidən proqnozlaşdırmaq mümkündür.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31