Sərkisyan özünü sığortalamağa çalışır
Son günlər cəbhə xəttində yaşanan xoşagəlməz olaylar, erməni hərbiçilərinin törətdikləri növbəti təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbiçisinin şəhid olması Azərbaycan və Ermənistan Prezidentlərinin Cenevrə danışıqlarının bir daha nəticəsiz və heç bir perspektivi olmayan bir görüş olduğu reallığını ortaya qoydu. Cenevrə danışıqları bitər-bitməz işğalçı ölkə prezidentinin yenidən Azərbaycanla təhdid dilində danışması, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə bir söz deyib, elə həmin görüşün üzərindən heç 1 saat keçməmiş İsveçrədəki Ermənistan səfirliyində diaspor nümayəndələri ilə keçirdiyi görüşdə Dağlıq Qarabağdan heç vaxt vaz keçməyəcəklərini açıqca söyləməsi cəbhədə yeni gərginliyin yaşanacağından xəbər verirdi.
25 Oktyabr 2017 14:34 SiyasətBu ilk növbədə Ermənistanın hava sərhədlərini və ordusunu Rusiyaya rəsmi təslim etməkdən ibarətdir
Son günlər cəbhə xəttində yaşanan xoşagəlməz olaylar, erməni hərbiçilərinin törətdikləri növbəti təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbiçisinin şəhid olması Azərbaycan və Ermənistan Prezidentlərinin Cenevrə danışıqlarının bir daha nəticəsiz və heç bir perspektivi olmayan bir görüş olduğu reallığını ortaya qoydu. Cenevrə danışıqları bitər-bitməz işğalçı ölkə prezidentinin yenidən Azərbaycanla təhdid dilində danışması, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə bir söz deyib, elə həmin görüşün üzərindən heç 1 saat keçməmiş İsveçrədəki Ermənistan səfirliyində diaspor nümayəndələri ilə keçirdiyi görüşdə Dağlıq Qarabağdan heç vaxt vaz keçməyəcəklərini açıqca söyləməsi cəbhədə yeni gərginliyin yaşanacağından xəbər verirdi. Daha dəqiq desək Ermənistanın danışıqlar prosesinin növbəti mərhələsini pozmaq üçün cəbhə xətində növbəti təxribatlara əl atacağı istisna deyildi. Təəssüflər olsun ki, bu iddialar da özünü doğrultdu. Beləliklə, son bir neçı gün ərzində cəbhə xəttində baş verən proseslər Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra hər iki ölkənin xarici işlər nazirlərinin danışıqlar prosesini davam etdirmək və prezidentləri yenidən görüşdürmək üçün bir araya gələcəyi ehtimalını sıfıra endirmiş oldu. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, son günlər cəbhə xəttində baş verən erməni təxribatı və artan gərginlik danışıqlar prosesini yenidən dalana dirəmiş olur. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə danışıqlarından sonra, rəsmi Yerevan cəbhədə yenidən təxribatlara əl atıb. Politoloqun sözlərinə görə, bununla da Serj Sırkisyan danışıqların növbəti raundunu pozmuş olub: "Qeyd edək ki, Serj Sərkisyan öz hakimiyyəti dövründə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir konstruktiv addım atmayacaq. Məhz Qarabağ konfliktinin əsas iştirakçısı olan bir şəxsin real danışıqlarda iştirakı səmimi deyil. O, verdiyi açıqlamalarda da səmimi olmamasını bir daha göstərir. Fikir versək Sərkisyanın açıqlamaları cəbhədə deastiblizasiyaya xidmət edir. Rəsmi Bakının Sərkisyanla danışıqları nəticəsiz vaxt itikisindən ibarətdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki. Sərkisyan qədər Ermənistanın müstəqilliyini Rusiyaya güzəştə gedən prezident olmayıb". Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanın güclənən hərbi arsenalı qarşısında öz gücsüzlüyünü görən Ermənistan prezidenti Rusiya ilə birləşmiş qoşun növü və havadan müdafiə sistemi yaratmaqla özünü sığortalamağa çalışır: "Bu ilk növbədə Ermənistanın hava sərhədlərini və ordusunu Rusiyaya rəsmi təslim etməkdən ibarətdir. Görünür, Azərbaycanın Qarabağ ərazisi Ermənistandan Sərkisyana bu qədər "bağlıdır". Amma, bu, Sərkisyanın Qarabağa "sevgisindən" irəli gəlmir. Çünki, Sərkisyan Ermənistanda hakimiyyəti ələ almaq və öz mövcudluğunu qorumaq üçün bundan yaxşı imkan tapa bilməzdi. Məhz Qarabağ münaqişəsindən istifadə edib, öz hakimiyyətini qorumağa çalışır. O, çox yaxşı bilir ki, Rusiyanın icazəsi olmadan istənilən razılaşma sənədinə imza atmaq onun hakimiyyətinin sonu ola bilər. Hazırda Ermənistan Rusiyanın verdiyi dəstək hesabına Qarabağ və ətraf rayonlara öz zirehli texnikalarını yerləşdirməklə məşğuldur. Qarabağda keçirilən hərbi təlimlərdə Rusiyanın təlimatçıları iştirak edir. Rusiya çalışır ki, münaqişə ətrafında gedən müzakirələr real nəticə əldə olunmadan konflikti idarə etsin". Politoloq hesab edir ki, hazırda Rusiyanın Yerevana verdiyi güzəştli hırbi təyinatlı kreditlər birbaşa Qarabağ cəbhəsində yerləşən ordunun maddi və texniki imkanlarının yaxşılaşdırılmasına və yeni hərbi hissələrin tikintisinə sərf edilir: "Hazırda Ermənistanla cəbhə xəttində Aprel eskalasiyasının təkrarlacağı gözlənilmir. Çünki, qarşıda hər iki tərəfdə önəmli siyasi hadisə gözlənilir. Amma, atəşkəsin mütəmadi pozulması, insidentlərin davam edəcəyi istisna deyil. Bu arada Rusiya baş naziri Dmitri Medvedevin Yerevana səfəri, bu ölkədə gözlənilən hakimiyyət bölgüsündə danışıqların aparılması, Serj Sərkisyanın yenidən hakimiyyətdə saxlanılmasına hesablanıb. Həmçinin Rusiyanın Qarabağla bağlı Ermənistana bir daha dəstəyi ifadə olunacağı şübhəsizdir".
Füzuli