Misirə məxsus gəmi Türkiyədə saxlanıldı

"Al Amira Nurhan" adlı Misirə məxsus gəmi Türkiyə Sahil Mühafizə əməkdaşları tərəfindən saxlanılıb. Gəminin saxlanılmasına səbəb kimi Şimali Kiprin su sərhəddini pozduğu göstərilir. Qazımaqusa limanına aparılan gəminin 11 nəfərlik heyəti də həbs edilib.

Araşdırma zamanı gəminin Şimali Kiprdə dəniz sərhəddini pozaraq qanunsuz balıq ovladığı məlum olub. Gəmidə 1 ton qaçaq yolu ilə ovlanan balıqlar müsadirə edilib. Misir tərəfindən hadisə ilə əlaqədar hər hansı açıqlama verilməyib. Hadisə ilə bağlı  istintaq başladılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31