Bərzani müstəqillikdən imtina edir
İraq regional Kürd muxtariyyətinin rəhbəri Bərzani rejimi xalqların mənfəətni nəzərə alaraq mərkəzi Bağdad hakimiyyətinə və dünya ictimaiyyətinə atəşkəsin təmin olunması, muxtariyyət ərazisindəki bütün hərbi əməliyyatların dayandırılması, 25 sentyabrda keçirilən referendumun nəticələrinin dondurulmasını təklif edib. Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Bağdadın Kərkük və digər muxtariyyətin inzibati sərhədlərindən kənarda ərazilərin peşmərgədən azad etməsi, Türkiyə və İranın təzyiqləri, ABŞ-ın Bağdadın hərbi əməliyyatlarına neytral qalması Bərzanini küncə sıxışdırıb: “Artıq müstəqillikdən vaz keçməklə, zəif duruma düşən Bərzani Bağdadın şərtləri ilə razılaşmalı olacaq.
25 Oktyabr 2017 15:24 Dünyaİraq regional Kürd muxtariyyətinin rəhbəri Bərzani rejimi xalqların mənfəətni nəzərə alaraq mərkəzi Bağdad hakimiyyətinə və dünya ictimaiyyətinə atəşkəsin təmin olunması, muxtariyyət ərazisindəki bütün hərbi əməliyyatların dayandırılması, 25 sentyabrda keçirilən referendumun nəticələrinin dondurulmasını təklif edib. Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Bağdadın Kərkük və digər muxtariyyətin inzibati sərhədlərindən kənarda ərazilərin peşmərgədən azad etməsi, Türkiyə və İranın təzyiqləri, ABŞ-ın Bağdadın hərbi əməliyyatlarına neytral qalması Bərzanini küncə sıxışdırıb: "Artıq müstəqillikdən vaz keçməklə, zəif duruma düşən Bərzani Bağdadın şərtləri ilə razılaşmalı olacaq. ABŞ-ın Bağdadla dialoqu və İranın İraqda dayaqlarını zəiflətmək üçün Səudiyyə Ərəbistanı ilə iki ölkəni yaxınlaşdırmaq siyasəti, görünür, Vaşinqtonun Bərzaniyə dəstəyini geri çəkməsinə səbəb olub. ABŞ İraqla Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin inkişafı üçün sürəc başladıb. Burada əsas siyasət Tehranın regional siyasətini zəiflətməyə hesablanıb. Kürdlər yenidən geosiyasi proseslərdə alət olaraq, növbəti məğlubiyyətə düçar oldular. Məsud Bərzani hesab edirdi ki, Vaşinqton axıra kimi bunu dəstəkləyəcək. Son nöqtədə Bağdada üstünlük verən Ağ Ev yoxsa, İraqı İranın iradəsinə təslim edəcəkdi".