Gündəm

BTQ layihəsi Ermənistanın blokadasını daha da gücləndirdi

15 Noyabr 2017 15:45

“Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı Azərbaycanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə yeni nəfəsdir. Əlverişli coğrafi mövqeyə və zəngin karbohidrat ehtiyatına malik Azərbaycan beynəlxalq miqyaslı tranzit mərkəzinə çevrilməklə yanaşı, beynəlxaq münasibətlər sistemində də öz mövqeyini daha da möhkəmləndirdi”. Bu sözləri  millət vəkili Eldəniz Səlimov deyib.

Böyük Britaniya XİN-i regiondakı səfirlərini Bakıya toplayır

15 Noyabr 2017 15:43

Bakıda Böyük Britaniya səfirlərinin regional konfransı keçiriləcək. Konfransa qatılmaq üçün Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Martin Harris Azərbaycana gələcək.

“Urala qədər irəlilədikdən sonra...” - Çin-Rusiya müharibəsinin SSENARİSİ

15 Noyabr 2017 15:33

ABŞ-ın “National Interest” nəşrində hərbi ekspert Kayl Mizok Rusiyanın Çinə qarşı hipotetik müharibədə istifadə edə biləcəyi silahların adlarını açıqlayıb.

Cavid Qurbanov: “2020-ci ildə artıq Naxçıvana qatarla gedəcəyik”

15 Noyabr 2017 15:31

“Şimal-Cənub dəhlizinin birinci hissəsində işlər bu ilin dekabrında yekunlaşacaq. İran tərəfində isə 2020-ci ilə kimi bitməlidir”. Bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu gün keçirilən "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağında jurnalistlərə açıqlamasında səsləndirib.

Sağlamlıq imkanları məhdud uşaqların  əl işlərindən ibarət sərgi təşkil olunub

15 Noyabr 2017 15:24

Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı  Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsindəki uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub.

Keçən ay 794 əcnəbi ölkə hüdudlarından çıxarılıb

15 Noyabr 2017 15:23

2017-cı ilin oktyabr ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər  şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1603 qərar qəbul edilib.

Yeniyetmələrdən ibarət cinayətkar dəstə ifşa edilib

15 Noyabr 2017 15:21

Mağazaların birindən oğurluqda şübhəli bilinən 4 yeniyetmə saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də rayon ərazisindəki mağazaların birindən 32 manat, 2 mobil telefon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən 4 yeniyetmə saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

Atatürk Liseyində Ali Devrimin anım mərasimi keçirilib

15 Noyabr 2017 15:21

Türk Dünyası Araşdırmalar Vəqfi, Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin vəfatının birinci ildönümü qeyd edilib. “OLAYLAR”-ın xəbərinə görə, Təhsil ocağlnda keçirilən anım mərasimə Ali Devrimin ruhunu bir dəqiqəlik sükutla yad etməklə start verilib. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Türk Dünyası Araşdırmaları Vəqfiini qurucusu Turan Yazqan və Ali Devrimin xatirəsinə hazırlanmış film nümayiş olunub.

Yol qəzası törədən sürücü yaxalanıb

15 Noyabr 2017 15:19

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 28-də Südabə Məmmədovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Lexus” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Şəhriyar Əliyev saxlanılıb.

İki məktəbli qızı maşın vurdu

15 Noyabr 2017 15:15

Paytaxt Bakıda ağır yol qəzası baş verib. “Olaylar”xəbər verir ki, Rəşid Behbudov küçəsində 8 nömrəli məktəblə üzbəüz yolda hərəkət edən iki məktəbli qızı maşın vurub. Azyaşlılar müəllimlərin müşayiəti ilə gəzməyə aparılırmış. Şagirdlər 274 nömrəli məktəbdə oxuyurlar. Şagirdləri vuran 90 NO727 nömrəli “Chevrolet” maşını olub. Ağır xəsarət alan uşaqlar dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli Məclis dekabrın 1-də də yığışacaq

15 Noyabr 2017 15:13

Milli Məclisin 2017-ci il payız sessiyası çərçivəsində daha bir plenar iclası dekabrın 1-də keçiriləcək.İclasda Cinayət, İnzibati Xətalar, Cinayət-Prosessual, Cəzaların İcrası məcəllələrinə, o cümlədən digər sənədlərə əlavə və dəyişikliklər nəzərdə tutulub. Qeyd edək ki, Milli Məclisin növbəti iclası noyabrın 17-də olacaq. Sonrakı iclas isə 2018-ci il büdcə zərfinin müzakirəsi ilə bağlı noyabrın 21-də, 22-də və 23-də keçiriləcək.

Nazir: "Lavrovun Bakı səfərində müzakirə olunacaq məsələlər danışıqlar masasındadır"

15 Noyabr 2017 15:12

“Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda braziliyalı həmkarı Aloyzio Nunyes Ferreyra ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı və onun Moskvada ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı müzakirə olunacaq: "Sergey Lavrovun Bakıya səfəri zamanı müzakirə olunacaq məsələlər danışıqlar masasındadır.

İxracatçı sahibkarlara vergi güzəştləri tətbiq edilə bilər

15 Noyabr 2017 15:09

Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda ixrac yönümlü məhsulların istehsalı fəaliyyəti ilə məşğul olan ixracatçılara vergi güzəştləri tətbiq edilə bilər.

Qadını vurub öldürən sürücü aradan çıxıb

15 Noyabr 2017 15:07

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 14-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Məlahət Hüseynova vurulub və nəticədə piyada hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.