Gündəm

Moskva məhkəməsindən AST Telmanla bağlı QƏRAR

15 Noyabr 2017 15:06

Moskva şəhər məhkəməsi paytaxtın Basman rayon məhkəməsinin azərbaycanlı iş adamı, Rusiyanın məşhur "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılov barəsində çıxardığı qiyabi həbs qərarını tanıyıb.

Nazir iqtisadi böhrandan çıxış yolunu açıqladı: "Marixuana istehsal edəcəyik"

15 Noyabr 2017 15:03

Yunanıstan 7 illik iqtisadi böhranın həllini narkotik vasitə istehsalında görür. Hökumət səhiyyə sahəsində marixuananın istehsalını inkişaf etdirərək ölkəni iqtisadi böhrandan çıxartmağa çalışacağını bəyan edib. 

Zaxarçenko: Ukraynanı məhv edəcək silahlar hazırladıq

15 Noyabr 2017 14:54

“Donetsk Xalq Respublikası” düşməni qısa müddətdə məhv edə biləcək silahların inkişafını başa çatdırıb. Bu barədə Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko danışıb. “Münaqişə zamanı Donetsk müdafiə sənayesi düşməni yüksək sürət və keyfiyyətlə məhv etməyə qadir olan yeni silahlar hazırladı və istehsal etdi. Ukrayna ordusunun hücumu başlamadan bitəcək”, - Zaxarçenko bildirib.

Bakıda Kuzey Kıbrısın 34-cü ildönümü qeyd ediləcək

15 Noyabr 2017 14:52

Hər il olduğu kimi bu il dı Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin elanının 34-cü ildönümü qeyd ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyindən daxil olub. Bildirilib ki, noyabrın 15-də baş tutacaq bayram tədbirində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, QHT və KİV rəhbərləri iştirak edəcək.

Dünya Demokratiya Forumu keçirilib

15 Noyabr 2017 14:50

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Strasburq şəhərində Avropa Şurası tərəfindən təşkil olunan “Dünya Demokratiya Forumu”-da iştirak edib. “OLAYLAR”-a daxil olan məlumata görə, forumun məqsədi müxtəlif ölkələrin demokratik qərarvericilik və idarəçilikdə müsbət təcrübələrin paylaşımı, gündəmdə olan məsələləri, hal-hazırda ölkələrin demokratik qərarvericilikdə üzləşdiyi problemləri müzakirə etmək və həlli yolları istiqamətində fikir mübadiləsi aparmaqdır.

Vakansiya seçimi başlayıb

15 Noyabr 2017 14:47

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə  elan edilmiş müsabiqənin vakansiya mərhələsinə start verilib. “OLAYLAR”-ın xəbərinə görə, müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər noyabrın 16-sı saat 23:59:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. 1 namizədə 5 yer seçmək hüququ verilir. Müvafiq vakansiya 2 və daha artıq namizəd tərəfindən seçilərsə, həmin yer üzrə ən yüksək bal toplamış şəxs müsahibə mərhələsinə buraxılacaq.

Pambıq qəbulu məntəqələrinə 176 min 940 ton məhsul təhvil verilib

15 Noyabr 2017 14:45

Noyabrın 15-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 176 min 940 ton məhsul təhvil verilib. “Olaylar” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə bu məhsulun 1738,52 tonu ötən gün tədarük olunub. Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.

Cəzadan şərti azad edilmiş şəxsin yeri 10 günə müəyyən edilməsə…

15 Noyabr 2017 14:44

Cəzadan şərti azad edilmiş şəxslərin vəzifələrini yerinə yetirmələri ilə bağlı müddətdə dəyişiklik edilir. “Olaylar” xəbər verir ki, bununla bağlı Cəzaların İcrası Məcəlləsinin 178-ci maddəsinin (Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət) 2-ci (Otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir) bəndində nəzərdə tutulan müddət 10 günə endirilir.

Komitə müsabiqənin müddətini uzadıb

15 Noyabr 2017 14:42

Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən elan edilmiş müsabiqənin müddəti uzadılıb. Komitədən “Olaylar”a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən təşkilatlar sorğunun keçirilməsi ilə bağlı təkliflərini və öz təşkilatları barədə məlumatları 17 noyabr 2017-ci il tarixinə qədər rəsmi şəkildə komitəyə göndərə bilərlər.

Hava dumanlı, çiskinli olacaq

15 Noyabr 2017 14:34

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Moskvada məktəb boşaldıldı - Səbəb hamını çaşdırdı

15 Noyabr 2017 14:31

Bu gün Moskvanın cənubunda 1034 saylı orta məktəbdən 600 nəfər təxliyə edilib. Məlumata görə, bu barədə paytaxt Fövqəladə Xidməti məlumat yayıb. Məlumata görə, təxliyə məktəbdə yanğın təhlüksəzilik siqanlının işə düşməsi səbəbindən aparılıb.

Köroğlu, Azerbaycan'da tiyatro sahnesine taşındı

15 Noyabr 2017 14:28

Azerbaycan'da, Yunus Emre Enstitüsü organizasyonuyla Köroğlu Destanı'ndan uyarlanarak hazırlanmış "Aşk-ı Nigar" isimli tiyatro oyunu sahnelendi. Azerbaycan'da, Köroğlu Destanı'ndan uyarlanarak hazırlanmış "Aşk-ı Nigar" isimli tiyatro oyunu sahnelendi. Bakü Yunus Emre Enstitüsü organizasyonuyla Azerbaycan Genç Tamaşacılar Tiyatrosu'nda sahnelenen oyunu çok sayıda Azerbaycanlı sanatsever izledi.

Braziliyalı nazir: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

15 Noyabr 2017 14:27

"Səfərimin məqsədi əlaqələri genişləndirmək və münasibətlərə yeni impuls verməkdən ibarətdir. Görüşdə bir sıra beynəlxalq məsələləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik". Məlumata görə, bunu Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Filistin'den Suudi Arabistan'la ilgili iddialara yalanlama

15 Noyabr 2017 14:26

Suudi Arabistan'in ABD'nin Ortadoğu barış planını kabul etmesi yönünde Filistin lideri Mahmud Abbas'a baskı yaptığı yönündeki haberlerle ilgili Filistin'den açıklama geldi. Filistin iddiaları reddetti. Suudi Arabistan Veliaht Prensi Muhammed bin Selman'ın Filistin yönetimi lideri Mahmud Abbas'a ABD Başkanı Donald Trump'ın damadı ve danışmanı Jared Kushner öncülüğünde hazırlanan barış planını benimsemesi ya da istifa etmesi yönünde baskı yaptığı iddiasi Filistinli makamlarca yalanlandı. 

Rusya’da uçak kazası: Sadece 1 çocuk kurtarıldı

15 Noyabr 2017 14:24

Habarovsk Krayı’nda yaşanan uçak kazasında 6 kişinin yaşamını yitirdiği sadece 1 çocuk ise kazadan sağ kurtulabildiğini bildirildi. Habarovsk- Nelkan seferini yapan “Habarovsk Airlines” havayolu şirketine ait L-410 uçağı, bu sabah inişe geçerken kaza yaptı. Uçakta 2'si mürettebat 7 kişi bulunuyordu. Yaşamını yitirenlerin arasında pilotlar Çumakov ve Zuyev, Olga Laponikova, Anna Laponikova, Svetlana Pohomova ve Denis Amosov bulunuyor.