Bakıda Kuzey Kıbrısın 34-cü ildönümü qeyd ediləcək
Hər il olduğu kimi bu il dı Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin elanının 34-cü ildönümü qeyd ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyindən daxil olub. Bildirilib ki, noyabrın 15-də baş tutacaq bayram tədbirində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, QHT və KİV rəhbərləri iştirak edəcək.
15 Noyabr 2017 14:52 SosialHər il olduğu kimi bu il dı Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin elanının 34-cü ildönümü qeyd ediləcək. Bu barədə məlumat "OLAYLAR"-a Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyindən daxil olub. Bildirilib ki, noyabrın 15-də baş tutacaq bayram tədbirində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, QHT və KİV rəhbərləri iştirak edəcək.
Qeyd edək ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti 1983-cü ilin noyabr ayında elan olunub. Aradan 34 il keçməsinə baxmayaraq Kipr adasının türk icmasınımn yaratmış olduğu bu dövlət Türkiyə xaricində heç bir dövlət tərəfindən rəsmi şəkildə tanınmır. Əvvəllər Pakistan və Banqladeş Kuzey Kıbrısı müstəqil dövlət kimi tanısa da, sonradan bundan imtina ediblər. Bununla belə, Kuzey Kıbrısla bir çox dövlətlər qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar. Bu ada dövləti İslam Konfransı Təşkilatına müşahidəçi üzv kimi daxildir.