Gündəm
AB Yüksek Temsilcisi Mogherini, Myanmar'a gidecek
AB Dış İlişkiler ve Güvenlik Politikası Yüksek Temsilcisi Mogherini'nin Asya-Avrupa Dışişleri Bakanları Toplantısı'na katılmak için Myanmar'a gideceği, bu çerçevede Arakan eyaletindeki durumu ele alacağı açıklandı. Avrupa Birliği (AB) Dış İlişkiler ve Güvenlik Politikası Yüksek TemsilcisiFederica Mogherini'nin, 13. Asya-Avrupa Dışişleri Bakanları Toplantısı'na katılmak için Myanmar'a gideceği, bu ziyarette Arakan eyaletindeki durumu da ele alacağı bildirildi.
Daha bir ölkə homoseksualların evliliyinə icazə verdi: Xalq küçələrə axışdı
Avstraliyada homoseksualların evlənməsinə dair seçki kampaniyası təşkil edilib. Səsvermədə 12,7 milyon vətəndaş iştirak edib və seçicilərdən 61,6%-i “hə” cavabı verib. Səsvermə virtual poçt qutusu vasitəsilə aparılıb, nəticələr isə statistika komitəsi tərəfindən hesablanıb. Nəticələrin müsbət çıxmasından sonra kütlə böyük şəhərlərdə küçələrə axışıb və bayram şənlikləri təşkil edib.
SDG sözcüsü Silo örgütten ayrıldı
Terör örgütü PKK'nın öncülüğünü yaptığı Suriye Demokratik Güçleri'nin sözcülerinden Talal Silo örgütten ayrıldı. Suriye'de ABD'nin desteklediği Suriye Demokratik Güçleri'nin (SDG) sözcülerinden Talal Silo örgütten ayrıldı. Silo'nun terör örgütünden neden ayrıldığı henüz bilinmiyor. SDG'nin öncülüğünü terör örgütü PKK'nın Suriye kolu PYD'nin silahlı kanadı YPG yapıyor. BBC’den Riam Dalati, Silo'nun Türkiye-Suriye sınırında olduğunu söyledi. Twitter'da bölgeyi takip eden pek çok hesap da Silo'nun Fırat Kalkanı bölgesine sığındığını ifade etti. Bir diğer iddiaya göre ise, MİT'in teslim aldığı Silo Türkiye'ye getirildi.
Elektron nəzarət vasitələri hansı qaydada tətbiq olunacaq?
Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri məlum olub. “Olaylar”ın məlumatına görə, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə 15-2. (Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri ) yeni bənd əlavə edilir. Belə ki, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir.
Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. “Olaylar”ın məlumatına görə, bunu Braziliyanın xarici işlər naziri Aloyzio Nunyes Ferreyra Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.
Murdar ət satışına dur deyən yoxdur: Baş baytar icra başçısına güc göstərir
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin vəzifəsini müvəqqəti icra edən, rəis müavini Azər Süleymanovun təzyiqləri nəticəsində Ağcabədi rayon Baytarlıq İdarəsinin rəisi Nazir Cəfərov vəzifəsindən getdikdən sonra bu idarəyə nəzarət uğurunda əsl savaş gedir. Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Ağcabədi rayon Baytarlıq İdarəsinin rəisi kürsüsünə yerli icra hakimiyyətinin namizədini deyil, özünün kadrını, əvvəllər bu idarədə müavin işləmiş Habil Süleymanovu əyləşdirməyi bacarıb.
Ölmüş zərərçəkənin qohumları olmasa, onun hüquqlarını vəkil müdafiə edəcək
Ölmüş zərərçəkmiş şəxsin yaxın qohumları olmadıqda onun hüquqları vəkil tərəfindən müdafiə olunacaq.“Olaylar”ın məlumatına görə, bununla bağlı Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilir.
"Art" Sankt-Peterburq Dövlət Musiqili Teatrı BAKIDA
Noyabrın 15 – 16 –da Azərbaycan Teatr Xadimləri İttifaqında “Art" Sankt-Peterburq Dövlət Musiqili Teatrının iki tamaşası nümayiş olunacaq. Olaylar.az bildirir ki, tamaşalar "Rossotrudniçestvo"- nun Azərbaycan Nümayəndəliyinin , Azərbaycan Teatr Xadimləri İttifaqının və "Art" Sankt-Peterburq Dövlət Musiqili Teatrının təşkilatçılığı ilə nümayiş olunacaq. Təqdim olunacaq tamaşalar “Peterburq mənzillıri” və “Əlvida, konferansyel!” adlanır.
Qətimkan tədbirlərinin əsasları dəqiqləşdirildi
Azərbaycanda qətimkan tədbirlərinin tətbiqi əsasları maddəsində dəqiqləşdirmə aparılıb.“Olaylar”ın məlumatına görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilir.
İspaniya - Rusiya, İngiltərə - Braziliya oyunlarında qalib olmadı
Dünən yığma komandalar yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar. DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer almış Almaniya Fransa ilə üz-üzə gəlib. Kölndə keçirilən qarşılaşma qollu bərabərliklə nəticələnib. Mundiala ev sahibliyi edəcək Rusiya ilə İspaniya arasındakı matçda isə 6 qol vurulmasına baxmayaraq, qalib müəyyənləşməyib. Dünya çempionatına iddialı hazırlaşan Belçika millisi doğma azarkeşləri önündə Yaponiyanı 1 qolla üstələyib. Argentina isə Krasnodarda Nigeriyanı sınağa çəkib. Lionel Messisiz cənubi amerikalılar 2 top fərqi ilə önə keçmələrinə baxmayaraq, sonda məğlubiyyətə düçar olublar.
Meydana girdi, Pikeylə selfi çəkdirdi
Sankt-Peterburqda Rusiya ilə İspaniya arasında keçirilən yoxlama görüşündə insident yaşanıb. Qarşılaşmanın son dəqiqələrində azarkeş meydana daxil olub. Həmin vaxt futbolçulardan birinin zədələnməsinə görə, oyunda fasilə yaranıb.
"Barselona" Qrizmann ilə razılaşdı
İspaniyanın "Barselona" klubu La Liqanın digər təmsilçisi "Atletiko" ilə futbolçu Antuan Qrizmannın transfer məsələsində prinsipial razılıq əldə edib. Tərəflər bir neçə həftə əvvəl danışıqlara başlayıblar və artıq yekun mərhələsindədirlər. Bundan sonra Kataloniya təmsilçisi Madrid klubu ilə görüşmələrə start verəcək. Fransa yığmasının 26 yaşlı hücumçusunun keçidi 2018-ci ilin yayına planlaşdırılıb. Qrizmannın "Atletiko" ilə 2022-ci ilə qədər müqaviləsi var. 2018-ci ilin yayında onun transfer qiyməti 100 milyon avro olacaq.
Ən çox turist Almaniyadan gəldi
Türkiyə Mədəniyyət və Turzim nazirliyi bu ilin ilk 10 ayında İstanbula səfər edən turistlərin statistik nəticələrini açıqlayıb. Olaylar.az bildirir ki, yanvar – oktyabr aylarında İstanbulu 9 milyon 120 min 248 nəfər turist ziyrət edib. Keçən il isə bu rəqəm 7 milyon 866 min 433 nəfər olub.
Prezidentdən Qarabağ mesajı
Bu günlərdə hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ölkə miqyasında təntənəli şəkildə qeyd edilir. Noyabrın 14-də isə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı ilə mərasim təşkil olundu. Yubiley tədbirində çıxış edən dövlət başçısı bir sıra vacib məqamlara toxunaraq proqram xarakterli çıxış edib.
Məhkumlara yeni nəzarət sistemi tətbiq edilir
Azərbaycanda cəza çəkən məhkumlara yeni nəzarət sistemi tətbiq edilir. “Olaylar” xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Azərbaycan prezidenti tərəfindən təqdim olunan layihə müzakirəyə çıxarılıb.













