Meydana girdi, Pikeylə selfi çəkdirdi

Sankt-Peterburqda Rusiya ilə İspaniya arasında keçirilən yoxlama görüşündə insident yaşanıb. Qarşılaşmanın son dəqiqələrində azarkeş meydana daxil olub. Həmin vaxt futbolçulardan birinin zədələnməsinə görə, oyunda fasilə yaranıb. 

Sankt-Peterburqda Rusiya ilə İspaniya arasında keçirilən yoxlama görüşündə insident yaşanıb. Qarşılaşmanın son dəqiqələrində azarkeş meydana daxil olub. Həmin vaxt futbolçulardan birinin zədələnməsinə görə, oyunda fasilə yaranıb. Bundan istifadə edən azarkeş meydana daxil olaraq İspaniyanın müdafiəçisi Xerard Pikenin yanına qaçıb. O, müdafiəçi ilə selfi çəkdirməyə də imkan tapıb. Rusiya - İspaniya qarşılaşması 3:3 hesabı ilə başa çatıb. Komanda.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31