Komitə müsabiqənin müddətini uzadıb

Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən elan edilmiş müsabiqənin müddəti uzadılıb. Komitədən “Olaylar”a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən təşkilatlar sorğunun keçirilməsi ilə bağlı təkliflərini və öz təşkilatları barədə məlumatları 17 noyabr 2017-ci il tarixinə qədər rəsmi şəkildə komitəyə göndərə bilərlər.

Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən elan edilmiş müsabiqənin müddəti uzadılıb. Komitədən "Olaylar"a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən təşkilatlar sorğunun keçirilməsi ilə bağlı təkliflərini və öz təşkilatları barədə məlumatları 17 noyabr 2017-ci il tarixinə qədər rəsmi şəkildə komitəyə göndərə bilərlər. Müsabiqədə ölkədə fəaliyyət göstərən ixtisaslaşmış sorğu mərkəzləri iştirak edə bilər. Məlumat üçün bildirək ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 11.6-cı bəndinin (Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi) icrasının təmin edilməsi məqsədilə elan edilib. Sorğunun məqsədi komitə tərəfindən xidmətlərin göstərilməsi zamanı dəqiqlik, operativlik, qərəzsizlik, qanunauyğunluq və digər prinsiplərə əməl olunması səviyyəsini öyrənməkdir. Sorğunun ölkədə faəliyyət göstərən 100 sahibkar arasında keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31