Cəzadan şərti azad edilmiş şəxsin yeri 10 günə müəyyən edilməsə…

Cəzadan şərti azad edilmiş şəxslərin vəzifələrini yerinə yetirmələri ilə bağlı müddətdə dəyişiklik edilir. “Olaylar” xəbər verir ki, bununla bağlı Cəzaların İcrası Məcəlləsinin 178-ci maddəsinin (Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət) 2-ci (Otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir) bəndində nəzərdə tutulan müddət 10 günə endirilir.

Vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab ediləcək

Cəzadan şərti azad edilmiş şəxslərin vəzifələrini yerinə yetirmələri ilə bağlı müddətdə dəyişiklik edilir. "Olaylar" xəbər verir ki, bununla bağlı Cəzaların İcrası Məcəlləsinin 178-ci maddəsinin (Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət) 2-ci (Otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir) bəndində nəzərdə tutulan müddət 10 günə endirilir. Bundan başqa, bənddəki "edilməyən" sözündən sonra "və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən onun işinə işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərməyən, elektron nəzarət vasitəsini zədələyən digər üsulla yararsız vəziyyətə salan" sözləri əlavə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31