Böyük Britaniya XİN-i regiondakı səfirlərini Bakıya toplayır
Bakıda Böyük Britaniya səfirlərinin regional konfransı keçiriləcək. Konfransa qatılmaq üçün Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Martin Harris Azərbaycana gələcək.
15 Noyabr 2017 15:43 SiyasətBakıda Böyük Britaniya səfirlərinin regional konfransı keçiriləcək. Konfransa qatılmaq üçün Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Martin Harris Azərbaycana gələcək.
Konfrans zamanı Böyük Britaniyanın region ölkələrində akkreditə olunmuş səfirləri ən vacib məsələləri, o cümlədən bu ay Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitini müzakirə edəcəklər.
Ümumiyyətlə, Avropa İttifaqının altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Onun təşəbbüskarı qismində Polşa və İsveç çıxış edib. Xatırladaq ki, 5-ci "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək. Report.az