Gündəm
Bu azərbaycanlının ifası yadplanetlilərə göndərilib – VİDEO
Amerika astronomu Karl Saqanın rəhbərlik etdiyi komissiya kosmosa Yer kürəsi haqqında məlumat göndərməyi öhdəsinə götürür. Məqsəd kainatda olan başqa varlıqlara planetimiz və burdakı həyat haqqında məlumat vermək idi.
Tramp prezident seçiləndən 1 628 yalan bəyanat verib
Donald Tramp ABŞ prezidenti seçilən gündən 1 628 yalan və ya yanlış bəyanatlər verib. Bu barədə "The Washington Post" yazıb. Noyabrın 14-dək D.Tramp prezident postunda 298 gün keçirib, beləliklə, o, orta hesabla gündə 5,5 yalan ifadə verib.
“Eşq-i Nigar” təqdim edildi
Noyabrın 14-də Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanının motivləri əsasında “Eşq-i Nigar” adlı məhəbbət dastanıın təqdimatı oldu. Olaylar.az bildirir ki, premyeradan öncə teatrın direktoru , Əməkdar incəsənət xadimi Mübariz Həmidov və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım səhnədən tamaşaçıları salamladılar. İbrahim İldırım birgə layihənin iki ölkə arasında mədəni körpülərin inkişafına daha bir töhfə olduğunu bildirdi.
Elmar Məmmədyarov braziliyalı həmkarı ilə Qarabağdan danışdı
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Braziliya Federatriv Respublikasının xarici işlər naziri Aloysio Nunes Ferreira ilə görüşüb. XİN-dən “Olaylar”a veriln məlumata görə, görüşdə iki ölkə arasında qurulmuş siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə edildi və ikitərəfli əməkdaşlığın keyfiyyətcə daha yuxarı müstəviyə qaldırılması üçün qarşılıqlı səylərin gücləndirilməsinin vacibliyi vurğulandı.
Orta aylıq əməkhaqqı 525 manatı ötdü
Bu ilin 9 ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 525.6 manat olub.Bunu Dövlət Statistika Komitəsindən bildiriblər.Statistikada deyilir ki, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artıb. 2017-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1526,4 min nəfər olub.
Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçirilib
Noyabrın 15-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı və qida sənayesi, sənaye, maliyyə, İKT, tikinti, tekstil və xidmət sahəsində fəaliyyət göstərən 60-a yaxın iş adamı iştirak edib. İşgüzar görüşdə çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində reallaşdırlan tədbirləri diqqətə çatdırıb, ixraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şərait yaradılıb və Bosniya və Herseqovina iş adamları da bu imkanlardan yararlana bilər.
Azərbaycan, Belarus, Ukrayna, Rusiya opera ulduzları eyni səhnədə
Dekabrın 2-də Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının növbəti tamaşası nümayiş olunacaq. Olaylar.az bildirir ki, Karmen partiyasını belaruslu vokal ulduzu Oksana Volkovanın ifa edəcək. O.Volkova Belarus Böyük Akademik Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, Dövlət mükafatı laureatı, bir sıra beynəlxalq müsabiqələrinin qalibidir.
Nardaranda narkotik plantasiyası aşkarlanıb
Nardaranda narkotik plantasiyası aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 13-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yarım kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.
Gəncədə treninqlər keçirilib
Noyabrın 14-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhər 2 saylı peşə liseyində gənclər, noyabrın 15-də isə Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsində əlillər üçün treninqlər keçirilib.
Əcnəbilər də Azərbaycanda peşə məktəbi aça biləcəklər
Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də peşə təhsili müəssisəsinin təsisçisi ola bilərlər. Məlumata görə, bu barədə yeni hazırlanan “Peşə təhsili haqqında” qanunun 12-ci maddəsində qeyd edilib.Yeni sənədə əsasən, peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
Peşə təhsili müəssisələrində təcrübə keçənlərə əmək haqqı veriləcək
Peşə təhsili müəssisələrində təcrübəyə cəlb olunan təhsil alanlara əmək haqqı veriləcək. “Olaylar” xəbər verir ki, bu barədə yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinin 11-ci maddəsində qeyd edilib.Sənədə əsasən, peşə təhsili və təlimi proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsil alanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində və eləcə də işəgötürən müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçirlər. İşəgötürənlərin istehsalat təcrübəsinə rəhbər təyin etdiyi mütəxəssislərə təhsil müəssisəsi tərəfindən həmin mütəxəssislərin işlədikləri müəssisədə aldıqları əmək haqlarından əlavə müvafiq qanunvericilikdə təcrübə saatları üçün nəzərdə tutulmuş əmək haqqı ödənilir.
Peşə təhsili müəssisələrinə lisenziyaların müddətsiz veriləcək
“Biz peşə təhsili müəssisələrinə lisenziyaların birdəfəlik, müddətsiz verilməsini məqsədəuyğun hesab etmişik”. “Olaylar” xəbər verir ki, bunu bu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.Onun sözlərinə görə, artıq bir ildən çoxdur ki, “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanır: “Peşə təhsili sanki təhsil sektorundan çıxmışdı. Artıq yeni islahatlarla bu sahə yenidən inkişaf etməyə başlayır. Biz ölkəmizdə peşə təhsili üzrə real vəziyyətin monitorinqini keçirmişik.
Peşə təhsili alanlara da hərbi xidmətdən möhlət hüququ veriləcək
Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək. Məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsində əksini tapıb.Qanun layihəsinin 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.
Azərbaycan hakerlərin hədəfində - Hücum
Rusiyanın “Kasperski Laboratoriyası” şirkəti bu ilin üçüncü rübünün kibertəhdidlərlə bağlı statistikasını hazırlayıb. Bu barədə informasiyanı “Sputnik” agentliyi yayıb. Agentlik bu ilin üçüncü rübü ərzində şəbəkə hücumlarına ən çox Belarusun məruz qaldığını bildirib.
Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə təqsirləndirilən əməkdaşlarının məhkəməsi başlayır
Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən klinikanın sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları - Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın, Nigar Rzaquliyevanın cinayət işi üzrə məhkəmə prosesinin vaxtı məlum olub. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 16-a təyin edilib.



.jpg)


.jpg)







