“Eşq-i Nigar” təqdim edildi
Noyabrın 14-də Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanının motivləri əsasında “Eşq-i Nigar” adlı məhəbbət dastanıın təqdimatı oldu. Olaylar.az bildirir ki, premyeradan öncə teatrın direktoru , Əməkdar incəsənət xadimi Mübariz Həmidov və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım səhnədən tamaşaçıları salamladılar. İbrahim İldırım birgə layihənin iki ölkə arasında mədəni körpülərin inkişafına daha bir töhfə olduğunu bildirdi.
15 Noyabr 2017 16:24 MədəniyyətNoyabrın 14-də Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhrəmanı "Koroğlu" dastanının motivləri əsasında "Eşq-i Nigar" adlı məhəbbət dastanıın təqdimatı oldu. Olaylar.az bildirir ki, premyeradan öncə teatrın direktoru , Əməkdar incəsənət xadimi Mübariz Həmidov və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım səhnədən tamaşaçıları salamladılar. İbrahim İldırım birgə layihənin iki ölkə arasında mədəni körpülərin inkişafına daha bir töhfə olduğunu bildirdi.
Bakı Yunis Əmrə İnstitutu ilə Gənc Tamaşaçılar Teatrının birgə dəstəyi əsasında reallaşan səhnə əsərində teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış ediblər.Tamaşanın səhnə redaksiyasının müəllifi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, plastik həlli Ceyhun Dadaşovdur.
"Eşq-i Nigar" tamaşası türkdilli xalqların məşhur Koroğlu qəhrəmanına Nigarın nəzərindən baxışlarını əks etdirir. Beynəlxalq layihə əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ayla Həşimova dastanın lirik məqamlarından çox, onun bir qəhrəmanlıq dastanı olduğunu nəzərə alaraq, mərdlik, cəsarət, vətənpərvərlik motivlərini ön plana çəkib. Tamaşa yeniyetmə və gənclərə milli mənafeni qorumaq, mübarizlik, qəhrəmanlıq və sədaqət kimi duyğuları təlqin edir.