Gündəm

"Qoca"nı vuran polislərə mükafat verildi

15 Noyabr 2017 17:15

“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı xüsusi sücaət göstərmiş bir neçə polis əməkdaşı mükafatlandırılıb.

Əbülfəs Qarayev əmr verdi -Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarıldı

15 Noyabr 2017 17:10

Şahdağ Qış-Yay Turizm Kompleksinin Təhlükəsizlik Xidmətinin rəisi Eldəniz Əliyev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsində Turizm Kompleksində istirahət edən turistlərdən çoxsaylı şikayətlər, habelə E.Əliyevin müəyyən arzuolunmaz dairələrlə əlaqəsi olması barədə məlumatlar toplanıb. Materiallar Mədəniyyət və Turizm Nazirliyinə göndərilib.

Klinton, Buş və Obamanın pensiyası azaldıldı

15 Noyabr 2017 17:06

ABŞ konqresi sabiq prezidentlərin pensiyalarının azaldılması haqqında qanunu təsdiqləyib. Yeni qanuna əsasən, keçmiş prezidentlərin təqaüdlərinin illik həcmi 200 min dollara qədər, digər məsrəfləri üçün ayrılan məbləğ isə 500 min dollaradək azaldılacaq. Bununla yanaşı, qanun 10 il ərzində bu məbləğin tədricən ixtisar edilərək 250 min dollara endirilməsini nəzərdə tutur. Amerikalı qanunvericilərin fikrincə, hazırda ABŞ administrasiyasının sabiq başçılarının dövlət tərəfindən maliyyə dəstəyinə ehtiyacı yoxdur. Onlar yazdıqları kitablardan, həmçinin ictimaiyyət qarşısında çıxışlardan milyonlarla dollar qazana bilərlər.

SABAH qrupu “Səda” Tədris Teatrında

15 Noyabr 2017 17:06

 “Səda” Tədris Teatrında Mədəniyyət və İncəsənət Universiteti SABAH qrupu IV kurs tələbələrinin ifasında M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” pyesi əsasında hazırladıqları bir hissəli tamaşa növbəti dəfə təqdim olunub. Olaylar.az bildirir ki, universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tamaşanın rejissoru, kurs rəhbər Əməkdar artist Nofəl Vəliyevdi.

Muğam Mərkəzində yaradıcılıq gecəsi

15 Noyabr 2017 17:05

Noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzinin və  Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının  birgə layihəsi çərçivəsində  tarzən, Əməkdar artist,  Azərbaycan Milli Konservatoriyasının professoru Həmid Vəkilovun yaradıcılıq gecəsi keçirilib. Olaylar.az bildirir ki, gecədə sənətkarın həyat və yaradıcılığından,Azərbaycan Televiziyasının “Qızıl  fondu”-nda saxlanılan ifalarından ibarət videoçarx nümayiş olunub.

Yeni telekanalda 24 saat xəbər yayımlanacaq

15 Noyabr 2017 17:04

“Yeni xəbər televiziyası hər hansı televiziyanın nəznində yaradılmayacaq. Özəl televiziyanın açılması ilə bağlı müsabiqə elan edilib və söhbət özəl yayımçılardan gedir”. Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Beş ölkənin nəqliyyat dəhlizi yaradılır - Azərbaycan sazişə qoşuldu 

15 Noyabr 2017 17:01

Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən “Lyapis-lazur” nəqliyyat dəhlizinin yaradılması barədə saziş imzalanıb. Sənədlər Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı çərçivəsində imzalanıb. Beş ölkəni birləşdirən dəmir və avtomobil yolları Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Aşqabadla, sonra Xəzər dənizindəki Türkmənbaşı limanı ilə birləşdirəcək. Eyni zamanda dəhliz Xəzərdən Bakıya, Tbilisidən Poti və Batumiyə. Oradan isə Ankaraya və İstanbula qədər uzanacaq.

Erməni nazirdən etiraf - Əhalini "qara günlər" gözləyir

15 Noyabr 2017 16:58

Ermənistanın maliyyə naziri Vardan Aramyan parlamentdə 2018-ci il üzrə büdcə layihəsinin müzakirəsi zamanı deyib ki, infrastrukturun inkişafı Ermənistanda yoxsulluğun səviyyəsinin artmasına gətirib çıxaracaq.

“Forbes” Azərbaycana niyə kölgə salmaq istəyir? -  Məşhur tədqiqatçı-ekspert

15 Noyabr 2017 16:56

Məşhur tədqiqatçı Aleksandr Murinson Azərbaycan əleyhinə yazıya görə "Forbes" jurnalını tənqid edib.

Dələduzluqda ittiham olunan baş redaktorun məhkəməsi başlayır

15 Noyabr 2017 16:47

"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsi başlayır. Öz işçilərinə qarşı dələduzluq edərək 264 min manat mənimsəməkdə təqsirləndirilən G.Hüseynovun cinayət işi üzrə istintaq başa çatıb.

Rusiya qorxusu və ABŞ-ın etinasızlığı Avropanı öz başına çarə qılmağa məcbur edir

15 Noyabr 2017 16:44

Bazar ertəsi Avropa Birliyinin 23 üzv dövləti müdafiə sahəsində daimi strukturlaşdırılmış əməkdaşlığa daxil olmaq haqqında saziş (qısa adla Pesco-red.) imzaladılar. Qərb mətbuatı bunu Birlik çərçivəsində vahid hərbi qüvvənin yaradılması yolunda ilk addımlardan biri kimi qiymətləndirir.

İnternet: Azərbaycan qismən azad ölkədir

15 Noyabr 2017 16:41

Mərkəzi qərargahı ABŞ-da yerləşən “Freedom House” beynəlxalq insan hüquqları təşkilatı 100 ballıq cədvəllə internet azadlığı reytinqini açıqlayıb. Araşdırmaya daxil edilən 65 ölkə azad, qismən azad və qeyri-azad bölümləri üzrə üç qrupa ayrılıb (0 bal: ən azad, 100 bal: ən qeyri-azad).

"Bakı Metropoliteni"nin yüksək vəzifəli şəxsləri işdən çıxarıldı

15 Noyabr 2017 16:37

Xəbər verdiyimiz kimi, oktyabrın 27-si, səhər saatlarında "Bakı Metropoliteni"ndə sərnişin sıxlığı müşahidə olunmuşdu. Bu hadisə sərnişinlər arasında ciddi narazılıq yaratmış, mətbuatda da sözügedən məsələ geniş şəkildə işıqlandırılmışdı. "Bakı Metropoliteni"nin rəsmiləri hadisənin baş verməsini səhər saat 6-da depodan gələn qatarların qəbulunda gecikmə ilə əlaqələndirmişdi.

Azərbaycan öz "Euronews"unu yaradır

15 Noyabr 2017 16:35

Xəbər verdiyimiz kimi,  dünən Azərbaycanda yeni televiziya kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqə elanı verilib. Şuranın budəfəki elanı ənənəvi televiziya kanalı formatında yox, sırf yeni konsepsiya ilə fəaliyyət göstərəcək xəbər kanalının yaradılmasından xəbər verir.