Muğam Mərkəzində yaradıcılıq gecəsi
Noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində tarzən, Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının professoru Həmid Vəkilovun yaradıcılıq gecəsi keçirilib. Olaylar.az bildirir ki, gecədə sənətkarın həyat və yaradıcılığından,Azərbaycan Televiziyasının “Qızıl fondu”-nda saxlanılan ifalarından ibarət videoçarx nümayiş olunub.
15 Noyabr 2017 17:05 MədəniyyətNoyabrın 14-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının birgə layihəsi çərçivəsində tarzən, Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının professoru Həmid Vəkilovun yaradıcılıq gecəsi keçirilib.
Olaylar.az bildirir ki, gecədə sənətkarın həyat və yaradıcılığından,Azərbaycan Televiziyasının "Qızıl fondu"-nda saxlanılan ifalarından ibarət videoçarx nümayiş olunub.
Xalq artisti, professor, Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi,akademik Vidadi Xəlilov çıxış edərək,sənətkarın həyat və yaradıcılığından,musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar.
Gecədə Əməkdar artistlər Təranə Əliyeva,Sahib Paşazadə, ifaçılar Mehri Arifqızı, Natəvan Həsənzadə Həmid Vəkilovun bəstələrini ifa ediblər.