Gündəm

Goranboyda özünü Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub

15 Noyabr 2017 18:01

Özünü Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində dələduzluq faktı aşkarlanıb.

Yol polisinə son model “Mercedes”lər verilib

15 Noyabr 2017 17:56

Azərbaycanda yol polisinə yeni avtomobillər verilib. Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti bölüyünə təqdim olunan son model "Mercedes" AMG C43 markalı yeni avtomobillər məhdud saydadır.

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi

15 Noyabr 2017 17:52

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib. İclasda həmçinin MSK-nın 28 iyul tarixli protokolu təsdiq olunub, Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması və nəşr edilməsi barədə qərar verilib. Daha sonra cari məsələlərə baxılıb.

Donald Trampı edama "məhkum etdilər"

15 Noyabr 2017 17:51

Şimali Koreyanın rəsmi mediası ABŞ prezidenti Donald Tramp edam cəzasına "məhkum edib". Media bu cəzanı prezidentin Şimali Koreya lideri Kim Çen Ina həqarət etməsi səbəbilə verib. “Rodong Sinmun” qəzeti isə Cənubi Koreya səfəri zamanı silahsızlaşdırılmış bölgəni ziyarət etməyən D.Trampı qorxaqlıqda təqsirləndirib. Həmçinin, D.Trampın bölgəni ziyarət etməməsinin səbəbini pis hava şəraiti ilə deyil, Şimali Koreya əsgərlərindən qorxması ilə əlaqələndirib. Qəzet yayımladığı təhqiredici məqaləsində ABŞ prezidentinin Koreya xalqı tərəfindən ölümə məhkum edilən iyrənc bir cinayətkar olduğunu qeyd edib.

Yeni bir həyatın xəbərçisi: Dünyaya ən yaxın planet kəşf edildi 

15 Noyabr 2017 17:49

Günəş sisteminə ən yaxın məsafədə isti iqlimə sahib, Yer kürəsi böyüklüyündə bir planet kəşf edilib. Planet Çilidə yerləşən Silla Rəsədxanasının telskopları tərəfindən aşkar edilib. 

Üç nəhəng ölkənin xarici işlər naziri bir araya gələcək

15 Noyabr 2017 17:47

Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri Suriyadakı mövcud durumu müzakirə etmək üçün bir araya gələcək. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. “Bütün bu hadisələr Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qərarında göstərilən vəzifələri həyata keçirmək üçün zəmin yaradır”-, nazir mətbuat konfransında bildirib.

Rusiyadan Türkiyəyə TƏK ŞƏRT: “S-400-lərin çatdırılması üçün...”

15 Noyabr 2017 17:46

"S-400 “Triumf” zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması üçün Ankara müqavilədə göstərilən bütün vəsaiti ödəməlidir". Bu sözləri xarici ölkələrlə hərbi əməkdaşlıq üzrə Rusiya Federal Agentliyinin bir səlahiyyətlisi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq, S-400 batareyalarının Türkiyəyə çatdırılması 2019-2020-ci illərdə həyata keçirilə bilər. “Rosteks” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib ki, S-400 “Triumf” zenit-raket sistemlərinin çatdırılması üzrə Türkiyə ilə müqavilənin məbləği 2 milyard dolları ötür.

Azərbaycanda plüralizmin təmin edilməsi hər sferada uğurla həyata keçirilməkdədir

15 Noyabr 2017 17:29

Azərbaycan müstəqil, demokratik bir ölkə olaraq bütün demokratik norma və prinsiplərə əməl edir, bu prinsipləri özünün gündəlik həyatında tətbiq edir. Məlumdur ki, demokratik prinsiplərin basilica göstəricilərindən biri də plüralizmdir ki, öz növbəsində plüralizmin də bütün elementləri, siyasi, mədəni və dini elementləri Azərbaycanda ən yüksək səviyyədə təmin olunur.

Kopenhagendə Türkiyə səfiri ilə görüş keçirilib

15 Noyabr 2017 17:23

Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi, Türkiyənin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ugur Kənan İpəklə görüşüb. “OLAYLAR”-a cəmiyyətdən daxil olan məlumata görə, Səfər Sadiqi görüş zamanə səfirə Danimarkada yaşayan Azərbaycan Türkləri və Danimarkada fəaliyyət göstərən Vətən Cəmiyyəti barədə ətraflı məlumat verib.

Gənc rejissorların beynəlxalq uğuru

15 Noyabr 2017 17:22

Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu IV kurs tələbəsi Samir Hüseynovun sənədli filmi Tbilisi Beynəlxalq Film Festivalında iştirak haqqı qazanıb. Olaylar.az bildirir ki, dekabr ayı ərzində keçirilməsi nəzərdə tutulan festivalda “Happy Death” filmi “Tələbə filmləri” bölməsi üzrə nümayiş olunacaq.

Peşəkar jurnalistlər tələbələrlə görüşdülər

15 Noyabr 2017 17:21

Noyabrın 15-də  Dillər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, Moderator.az informasiya portalının baş redaktoru Zülfüqar Hüseynzadə və “ASAN FM” radiosunun rəhbəri Emin Musəvi universitetin Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. Olaylar.az bildirir ki, Y.Məmmədli Azərbaycanda mövcud olan multikultural dəyərlər haqqında danışıb.  Z.Hüseynzadə bildirib ki, jurnalistika ixtisasına sahib olmaq istəyən gənclərin nəzəri biliklərdən əlavə, xüsusi istedada malik olmaları vacib şərtlərdəndi.  “ASAN FM” radiosunun rəhbəri Emin Musəvi peşəkar jurnalist kimi yetişmək, fəaliyyət göstərmək üçün mütaliənin vacibliyindən danışıb.

Binəqədi şosesində yenidənqurma işləri davam etdirilir

15 Noyabr 2017 17:21

Bakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Binəqədi şosesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsi yüksək keyfiyyətlə davam etdirilir. “OLAYLAR”-ın xəbərinə görə, yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir.

Əbülfəs Qarayev Misirin nümayəndə heyətini qəbul edib

15 Noyabr 2017 17:20

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının Cənubi Sinay Vilayətinin qubernatoru Xalid Fudanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Syuzan Cəmil Nuh, səfirliyin ikinci katibi Hossam Başaryi Ali, Misirin Bakıdakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi və digərləri iştirak edirdi.

Azərbaycan Silahlı Qüvvələri komanda-qərargah hərb oyunları keçirəcək

15 Noyabr 2017 17:18

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, hərb oyununun keçirilməsi qoşun növlərinin və qismlərinin strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanlarının və xüsusi təyinatlı qüvvələrin cəlb edilməsini, eləcə də müxtəlif mərhələlərdə qüvvə və vasitələrin istifadəsini nəzərdə tutur.

Yol qazarkən tapdılar: İçindən çıxan...

15 Noyabr 2017 17:17

Çində yol çəkilişi zamanı maraqlı hadisə yaşanıb. Qazıntı işləri gedən yerdən fəhlələr köhnə məzar tapıblar.