Kopenhagendə Türkiyə səfiri ilə görüş keçirilib
Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi, Türkiyənin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ugur Kənan İpəklə görüşüb. “OLAYLAR”-a cəmiyyətdən daxil olan məlumata görə, Səfər Sadiqi görüş zamanə səfirə Danimarkada yaşayan Azərbaycan Türkləri və Danimarkada fəaliyyət göstərən Vətən Cəmiyyəti barədə ətraflı məlumat verib.
15 Noyabr 2017 17:23 SosialDanimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi, Türkiyənin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ugur Kənan İpəklə görüşüb. "OLAYLAR"-a cəmiyyətdən daxil olan məlumata görə, Səfər Sadiqi görüş zamanə səfirə Danimarkada yaşayan Azərbaycan Türkləri və Danimarkada fəaliyyət göstərən Vətən Cəmiyyəti barədə ətraflı məlumat verib. Görüşdə Azərbaycan torpaqlarının işğalı, Azərbaycan Türklərinin öz torpaqlarından məcburi çıxarılması, BMT qətnamələrinin yerinə yetirilməməsi və Aprel döyüşləri barədə danışlıb. Səfər Sadiqi Azərbaycanın regionda həm iqtisadi cəhətdən, həm də güclü hərbi potensiala malik olduğunu vurgulayıb. Türkiyə səfiri Uğur Kənan İpək öz növbəsində görüşdən razə qaldığını və Danimarkada yaşayan qardaş Azərbaycan Türklərinin də səfiri olduğunu, onların problemləri zamanı yardım edəcəyini dilə gətirib. Danimarka Vətən Cəmiyyətinin, Türk səfirliyi ilə gələcəkdə birgə tədbirlərin keçirilməsi və fəaliyyət göstərmələri barədə müzakirələr çay süfrəsi arxasında davam edib.