Gündəm
“OnePlus 5” əlavəsi smartfon üçün təhlükə yaradır
Proqram tərtibatçısı Elliot Olderson “OnePlus 5” smartfonunda “EngineerMode” əlavəsini aşkarlayıb. Mütəxəssis proqramın imkanlarını təhlil edərək onun qurğuya ziyan vura və istifadəçilərin məxfiliyi üçün təhlükə yarada bilməsi qənaətinə gəlib.
“Word” sənədləri vasitəsilə kompüterləri yoluxduran yeni virus aşkar edilib
Məlumatların mühafizəsi üzrə mütəxəssislər xüsusi “Microsoft Office” sənədlərinin köməyi ilə “Windows” əməliyyat sistemini yoluxduran yeni kompüter virusu aşkar ediblər. Virusun özəlliyi ondadır ki, qurğu “Word” makroslarından istifadə etmədən yoluxdurulur. Hakerlər ixtiyari kodu başqa fayllardan yerinə yetirməyə imkan verən “Dynamic Data Exchange” (DDE) proqram mexanizmindən istifadə edirlər.
Məşhur cərrah xəbərdarlıq: "Uqq geyinməyin!"
Komfort və rahatlığına görə, uqq çəkmələri qızların qış aylarında ən çox üstünlük veridiyi ayaqqabılardır. Lakin məlum olub ki, bu model sağlamlığımız üçün təhlükə mənbəyidir.
Alimlər tərdən biometrik autentifikasiyada istifadə etməyi təklif ediblər
Barmaq yastıqçalarındakı təsviri yenidən canlandırmaq və sifətin cizgilərini saxtalaşdırmaq olar, amma tərin xüsusiyyətləri hər bir insan üçün o qədər unikaldır ki, onu biometrik autentifikasiyada istifadə etmək olar. Alimlər Culian Aqudelo, Vladimir Privman və Yan Halamek belə nəticəyə gəliblər.
ATƏT-in baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır"
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır" . Bunu İtaliyanın "Agenzia Nova" agentliyinə müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger deyib.
Bu həftə Musiqili Teatrda 9 tamaşa olacaq
Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə ərzində 9 tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşaçılar 16, 17, 18, 19 noyabr tarixlərində saat 11.00, 12.00, 14.00, 15.00, 16.00 və 19.00-da “Hacı Qara” (M.F. Axundzadə), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Arşın mal alan” (Ü. Hacıbəyli), “Molla Nəsrəddinin beş arvadı” (İ. Sadıqov), “Bremen musiqiçiləri və Pen” (C. Barri, Qrimm qardaşları), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Düyməcik” (H.K. Andersen) tamaşalarını izləyə bilərlər. Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 16, 18 noyabr tarixində saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə”, 19 noyabr saat 14.00-da H.K. Andersenin “Düyməcik” əsəri rus dilində, həmin gün 12.00-da C. Barri, Qrimm qardaşlarının “Bremen musiqiçiləri və Pen” nağıl-tamaşası Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq.
16 min alimdən QORXUNC XƏBƏRDARLIQ - İnsanlıq BÖYÜK TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ
“Bütün göstəricilər narahatlıq doğurur, ekoloji problemlərin səviyyəsində ciddi artım var və artıq gələcəyimizi təhlükə altına atırıq”. 184 ölkədən 16 mindən çox alim bu çağırışı edib. Alimlərin bu çağırışı Fransanın “Le Monde” qəzeti və “Bioscience” elm jurnalında yayımlanıb. Onlar ekoloji problemlərin çox ciddi bir səviyyədə olduğunu bəyan ediblər. Məqələ bu problemdən narahat olan alimlər tərəfindən 25 il əvvəl verilən mesajın davamı olaraq qəbul olunur.
“Qalatasaray”ın futbolçusu karyerasını bitirir
"Qalatasaray"ın müdafiəçisi Hakan Balta karyerasını bitirməyə hazırlaşır. 34 yaşlı futbolçu mövsümün sonunda yaşıl meydanlarla vidalaşacaq. Ötən mövsüm baş məşqçi postuna gətirilən İqor Tudor Türkiyə millisinin üzvündən müdafiənin sol cinahında yararlanmaq istəsə də, Hakan bundan imtina etmişdi.
"Real Madrid"in ulduzu: "Bir daha futbola qayıda bilməyəcəyimi sanmışdım"
Senytabrın sonunda "Real Madrid" həkimləri Dani Karvahalın urəyində perikarda virusu aşkarlamışdılar. Xəstəliyin tapılmasından sonra oyunçu meydanlardan uzaq qalmışdı. Oyunçu "Marca"ya açıqlamasında bu sözləri deyib: "Mən qorxdum və bunun xroniki xəstəliyə çevrilib karyeramı bitirməyimə səbəb olacağını düşünməyə başladım. Amma həkimlər narahat olunacaq bir şey olmadığını, bu cür halların tez-tez olduğunu dedilər. Sağalmağım üçün dərmanlar qəbul etməyə başladım. İlk 3-54 həftə mənim üçün çox ağır keçdi. Çünki tərpənməyə belə icazə vermirdilər.
Almaniyada məktəblilərin olduğu avtobus qəzaya uğrayıb
Almaniyanın Aşağı Saksoniya federal torpağında məktəbliləri aparan avtobusla minik maşını toqquşub. Məlumata görə, qəza nəticəsində 20-yə yaxın məktəblinin xəsarət aldığı bildirilir.
İranda möcüzə kimi hadisə: 3 gün dağıntılar altında qalan körpə xilas edildi
İranda zəlzələ dağıntıları arasından körpə xilas edilib. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi rəsmisi məlumat verib. Körpə 3 gün dağıntıların altında qalıb.
Moskva ABŞ-ın planına qarşı - DONBAS MƏSƏLƏSİNDƏ YENİ MƏRHƏLƏ
Donbasda sülhməramlıların yerləşdirilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin son variantı “DXR” və “LXR”lə (Donetsk və Luqansk “xalq respublikaları” - red.) uyğunlaşdırılmalıdır.
Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
Prezident İlham Əliyev velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Akademik Əşrəf Hüseynovun 110 illiyi qeyd ediləcək
Prezident İlham Əliyev Akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2017-ci ildə Azərbaycanın görkəmli riyaziyyatçı alimi, tanınmış pedaqoq, əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olmuşdur.
Türkiyədə həbsdə olan üç general azadlığa buraxıldı
Türkiyədə ötən il iyulun 15-də dövlət çevirlişinə cəhddə iştirak etməkdə ittiham olunaraq həbs edilən 3 general azadlığa buraxılıb.





_().jpg)







