Gündəm
Azərbaycana və Türkiyəyə sevgiylə atılan addımlar
NİGAR İSMAYILQIZININ YAZDIĞI KİTABLAR, HAZIRLADIĞI FİLMLƏR İKİ QARDAŞ ÖLKƏNİN DÜNƏNİNƏ VƏ BU GÜNÜNƏ AYNA TUTUR Onunla ilk tanışlığımız bir il öncə müəllifi və aparıcısı olduğum radio proqramında gerçəkləşmişdi. "Aprel döyüşləri" şəhidi Əbdülməcid Axundova həsr olunmuş "Ölsəm... yaşat" adlı sənədli filmilə bağlı hazırlanan verilişdə qonaq ikən, təkcə "Pamukun qonşusu" adlı esselər kitabı çap olunmuşdu. Sonradan, yaşadığı Türkiyəyə geri döndü və biz bir-birimizi sadəcə sosial şəbəkələr və media vasitəsilə izləyə bildik. Bu müddət ərzində uzaqdan-uzağa onun bir sıra uğurlarının sorağını aldım və nəhayət, bu günlərdə Bakıda olduğunu eşidib fəaliyyəti, uğurları, planları haqqında söhbət etmək qərarına gəldim.
Ermənilər 120 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.
UEFA rəsmisi: "Ən böyük türk klubu "Qalatasaray"dır"
UEFA-nın mətbuat xidmətinin rəhbəri Pedro Pinto "Beşiktaş" - "Monako" matçı öncəsi 10 ölkə jurnalistlərinin və bir sıra rəsmi şəxslərin olduğu yeməkdə iştirak edib. UEFA sözçüsü türk jurnalistin "Ən böyük türk klubu hansıdır: "Fenerbahçe" yoxsa "Qalatasaray"? sualını bir az düşündükdən sonra belə cavablandırıb:
“Facebook” və “Google”a vergi tətbiq ediləcək
İsrail bu il ərzində "Google" və "Facebook" şirkətlərinə vergi hesabı göndərməyi planlaşdırır. Bu barədə "The Marker" maliyyə qəzeti məlumat yayıb. İsrailin vergi orqanının rəhbəri Moşe Aşer bildirib ki, vergi hesablarının hazırlanması üçün işlərə başlanılıb: "Hazırda qurum necə hesab aparılması üzərində çalışır. Şirkətlərin İsrail müştərilərindən əldə etdiyi mənfəətin neçə faizinin ölkəyə vergi olaraq ödənilməsi barədə qərar veriləcək".
Şadlıq sarayında yanğın
Bakıda yanğın hadisəsi qeydə alınıb. Bakının Nizami rayonunda ümumi sahəsi 320 m² olan ikimərtəbəli şadlıq sarayının zirzəmisində 5 m² sahədə mətbəx mebeli yanıb.
Məktəbli avtobusu qəzaya düşdü: 20 yaralı
Almaniyanın Aşağı Saksoniya əyalətində məktəbli avtobusu qəzaya düşüb. Qəza avtobusun minik avtomobili ilə toqquşması nəticəsində baş verib. Hadisədə 20 şagird xəsarət alıb. Avtobusun sürücüsünün ağır yaralandığı bildirilir. Digər sürücü isə əzilmiş maşından çıxa bilməyib. Hadisə yerinə xilasedicilər və polis gəlib.
Bu insan dünyanı məhv edə bilər - Bir neçə saat QALDI
Elon Muskun rəhbərlik etdiyi “SpaceX” şirkəti gizli bir missiya üçün “Zuma” kod adlı yükü “Falcon 9” raketi ilə kosmik orbitə göndərməyə hazırlaşır. Raket ABŞ-ın Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzindən bu gün yerli vaxtla saat 20:00-22:00 arasında buraxılacaq. Məlumata görə, raketin kosmik orbitə buraxılmasına dair heç bir görüntü yayımlanmayacaq. Beynəlxalq raket və müdafiə şirkəti olan “Northrop Grumman” bu missiya üçün “SpaceX”-lə razılaşdığını açıqlayıb.
İngiltərə Türkiyədən hərbi gəmi alır
İngiltərə Türkiyədən helikopter gəmisi alacaq. Bu barədə məlumatı İngiltərə Müdafiə naziri Tobias Ellivud verib.
SABAH qrupu üçün geniş imkanlar
SABAH İcra komitəsinin rəhbəri Şahin Seyidzadə Mədəniyyət və İncəsənət Universitetində olub. Əvvəlcə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşən qonaq ADMİU-nun SABAH Mərkəzi və tələbələrinin fəaliyyəti, yeni lahiyələr, tədbirlər haqqında qarşılıqlı söhbət aparıb. Olaylar.az bildirir ki, görüşdə SABAH Teatrının yaradılması, tələbələrin könüllü olaraq teatr dərnəklərində fəaliyyəti, bölgələrə qastrolların təşkil olunması və orta məktəblərdə təcrübələrin keçirilməsi haqqında ətraflı danışılıb.
“Skype” servisi yeni hesab tipi təqdim edəcək
"Microsoft" şirkəti tezliklə məsafədən fərdi sahibkarlıq üçün nəzərdə tutulmuş yeni tip "Skype" hesablarını sınaqdan keçirmək niyyətindədir. "Skype" servisində ixtisaslaşdırılmış hesab tipi istifadəyə veriləcək. "Skype Professional Account" fərdi sahibkarlıqda (məsələn, məsafədən repetitorluq) bu messencerdən istifadə edən şəxslər üçün nəzərdə tutulub.
Səbinə Ərəbli - “Muğamat var olan yerdə” layihəsində
Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində,Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin “Muğamat var olan yerdə” birgə layihəsi şərşivəsində III Muğam müsabiqəsinin qalibi Səbinə Ərəblinin konserti keçiriləcək. Olaylar.az bildirir ki, konsertdə Səbinə Ərəbli “Şur” təsnifini,”Kəsmə şikəstə”,”Qəlbimin səsi”(Pikə Axundova,”Dünya”(Oktay Kazımi),”Süzən qızlar”(C.Cahangirov),”El yolunda(Ələkbər Tagiyev),”Səni sevən baxışlar”(Ramiz Mirisli)adlı mahniları səsləndirəcək.
“Android” smartfonlarında yeni əməliyyat sisteminə keçmə prosesi zəif gedir
ABŞ-ın "Google" şirkəti "Android" mobil əməliyyat sisteminin müxtəlif versiyalarının yayılmasını xarakterizə edən rəsmi statistikasını dərc etməkdə davam edir. Yeni "Android 8.0 Oreo" versiyası ay ərzində payını 0,1 faiz bənd artıra bilib.
Süni intellekt yeni materialların yaradılmasına kömək edəcək
Massaçusets Texnologiya İnstitutunun, Massaçusets Amherst Universiteti və Berkli Kaliforniya Universitetinin tədqiqatçılar qrupu elmi məqalələrdə dərc edilən məlumatlar əsasında yeni materialların hazırlanması metodunun axtarışı üçün süni intellekt sisteminin hazırlanması ilə məşğuldur. Tədqiqatçılar milyonlarla məqalədən götürülən materialların hazırlanması üzrə “reseptləri” özündə birləşdirən məlumat bazası yaratmaq niyyətindədirlər. Lazımi materialın adını və digər parametrlərini (mənbə materialları, reaksiya şərtləri, hazırlanma prosesləri və s.) sorğu verərək daxil etdikdən sonra sistem onun əldə olunması üsulunu təklif edəcək.
Şövkət Ələkbərovanın 95 illik yubileyi qeyd olundu
Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik musiqi məktəbində xalq artisti, milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni Şövkət Ələkbərovanın 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Olaylar.az bildirir ki, konsertdə Baş İdarənin rəis müavini Nazim Əliyev və digər əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
“HTC” şirkəti ilk avtonom virtual reallıq şlemini təqdim edib
“HTC” şirkəti ilk avtonom virtual reallıq şlemini nümayiş etdirib. Pekində keçirilən “Vive Developers Conference” konfransında təqdim edilmiş “Vive Focus” modeli smartfon, kompüter və ya başqa qurğularla sinxronlaşdırma olmadan işləyə bilir.














