Gündəm

Mingəçevirdə ZƏLZƏLƏ ŞOKU: 20 nəfər xəstəxanalıq oldu, bir qızın qorxudan ayaqları tutuldu

16 Noyabr 2017 11:39

Mingəçevir şəhərində zəlzələ zamanı 20 nəfər xəstəxanaya yerləşdirilib, yeniyetmə qızın qorxudan ayaqları tutulub. Baş verən zəlzələdən sonra Mingəçevir Şəhər Təcili Tibbi Yardım Stansiyası gücləndirlimiş iş rejiminə keçib. Proses zəlzələ baş verən andan səhərə qədər davam edib.

Azərbaycanda zəlzələ: Üzücü xəbərlər ard-arda gəlir... – Yaralı var...

16 Noyabr 2017 11:37

Respublika ərazisində baş verən güclü zəlzələ nəticəsində ilk xəsarət faktı qeydə alınıb. Təbii fəlakət nəticəsində Tərtərin Qaziyan kəndində 1 nəfər yaralanıb. 1975-cii il təvəllüdlü kənd sakini Məmmədov Şahid İbrahim oğlu dağılan evin altında qalıb.

Rza Zərrabın yeri bəlli oldu

16 Noyabr 2017 11:34

ABŞ-ın Nyu York Ali Məhkəməsi Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın olduğu yeri açıqlayıb. Ali Məhkəmə onun hələ də federal həbsxanada olduğunu bildirib. Bu barədə ”Doğan” xəbər agentliyi məlumat yayıb.

“Ərdoğan və Putin “saatlı bomba” mövzusunda razılaşdı” – Ankaranın qonşusu ŞOKDA

16 Noyabr 2017 11:32

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putinin “Akkuyu" atom elektrik stansiyası (AES) layihəsinin icrası ilə bağlı razılaşması Yunanıstanda təlaş yaradıb.  “Dimokratia” nəşri “Ərdoğan və Putin “saatlı bomba haqqında razılaşdı” başlıqlı məqaləsi ilə narahatlığı ifadə edib. “Ankara əslində, zəlzələ qurşağında yerləşən Kiprin qarşısındakı Akkuyuda - Şərqi Aralıq dənizinin geniş bölgəsində hər an təhdid yaradacaq “saatlı bomba” yerləşdirir”, - məqalədə deyilir.

Pentaqon şefi ilə Sarkisyanın məxfi görüşü - Gizli danışıqların DETALLARI ORTAYA ÇIXDI

16 Noyabr 2017 11:30

Ermənistan prezidenti Serj Sarkisyanın müdafiə naziri olduğu vaxtda ABŞ-ın keçmiş müdafiə naziri (Pentaqon şefi) Donald Ramsfeldlə məxfi danışıqları ortaya çıxıb.

Bərzaninin partiyasından gözlənilməz QƏRAR

16 Noyabr 2017 11:29

Şimali İraq Kürd Muxtariyyətinin başçısı Məsud Bərzaninin liderlik etdiyi Kürdistan Demokratik Partiyası (KDP) İraq Parlamentindəki iclaslara qatılmaq qərarı verib. KDP-li millət vəkili Nəcibə Nəcib partiya üzvlərinin uzun bir toplantı təşkil etdiyini və həmin toplantıda sabahdan etibarən paytaxt Bağdaddakı parlament iclaslarına qatılmağa qərar verdiklərini bildirib. Millət vəkilinin məlumatına görə, bütün kürd partiyaları Bağdaddakı mərkəzi hökumətlə yaşanan mövcud böhranla yanaşı, ixtilafın olduğu hərbi, siyasi və maddi mövzulara həll yolu tapmaq üçün dialoq çağırışı edib.

İsraildə PARTLAYIŞ: ölən və yaralananlar var

16 Noyabr 2017 11:27

İsraildə avtomobil partlayıb. Ölkənin Təl-Əvivdə magistral yolun kənarında hərəkətsiz halda saxlanılan avtomobil qəfildən partlayıb. Hadisə noyabrın 15-dən 16-na keçən gecə baş verib.

Leyla Şıxlinskayanın Klinikası ilə bağlı araşdırma başladı - 700 minlik yeyinti

16 Noyabr 2017 11:25

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanən cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İqtisadiyyat naziri Biləsuvarda qəbul keçirəcək

16 Noyabr 2017 11:20

Noyabrın 17-də İqtisadiyyat naziri Şahin Mustafayev Biləsuvarda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 10:00-dan etibarən YAP Biləsuvar rayon təşkilatının inzibati binasında (ünvan: Mübariz İbrahimov küçəsi, 221) keçiriləcək.

Braziliyalı nazir: “Azərbaycan bazar iqtisadiyyatına uğurla keçib, hazırda regionun aparıcı dövlətlərindəndir”

16 Noyabr 2017 11:20

İqtisadiyyat naziri Şahin Mustafayev Braziliya Federativ Respublikasının ölkəmizdə səfərdə olan Xarici Əlaqələr naziri Aloyzio Nunesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları da iştirak edib.

Cocuq Mərcanlıda yem emalı müəssisəsi inşa olunacaq

16 Noyabr 2017 11:18

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində yem emalı müəssisəsinin təməli qoyulub.

Bu il yol qəzalarında 166 nəfər ölüb

16 Noyabr 2017 11:16

Bu il yanvarın 1-dən noyabrın 10-dək Bakı şəhəri üzrə 527 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hadisələr nəticəsində 166 nəfər ölüb, 461 nəfər xəsarət alıb.O deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib.

Elmar Məmmədyarov bu gün Minsk qrupu həmsədrləri ilə görüşəcək

16 Noyabr 2017 11:14

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək.“Olaylar” xəbər verir ki, görüşün yerli vaxtla saat 11:00-da başlaması gözlənilir. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrə şirkəti ilə görüş keçirilib

16 Noyabr 2017 11:13

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin “Stadler Rail Group”  şirkətinin prezidenti Peter Şpuler ilə  görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Özbəkistanın müdafiə naziri Azərbaycana gəlib

16 Noyabr 2017 11:12

Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Özbəkistanın Müdafiə nazirinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə görüşlərinin keçirilməsi nəzərdə tutulub.