Şalva Papuaşvili müxalifət qanun layihəsinin səhvən dəstəklənməsini parlament diqqətsizliyi ilə izah edib – ÖZƏL
14:29 Xarici siyasətOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Gürcü Arzusu" və "Xalqın Gücü" deputatlarının "Qaxariya - Gürcüstan naminə" partiyasının qanun layihəsinə səs verməsini adi parlament diqqətsizliyi və mexaniki xəta kimi dəyərləndirib. Sədrin sözlərinə görə, səsvermə zamanı sənədin hakim partiyanın təşəbbüsləri arasında yer alması deputatların diqqətdən yayınmasına səbəb olub.
Papuaşvili bu hadisəni siyasi qalmaqala çevirmək cəhdlərini Qaxariya və Xazaradzenin "fəlsəfə və fantaziyaları" adlandıraraq, analoji halların parlament praktikasında həm müxalifət, həm də çoxluq tərəfindən vaxtaşırı baş verdiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31