Aİ səfiri Ermənistanla vizasız rejim prosesinin müddətini açıqlayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos Vanadzorda bəyan edib ki, tərəflər kommunikasiya sahəsində tərəfdaşlıq sazişi imzalayıblar və vizaların liberallaşdırılması üzrə fəaliyyət planını icra edirlər. Səfirin sözlərinə görə, vizasız rejimin tətbiqi prosesin nə vaxt başa çatmasından asılıdır və hər şey Ermənistan hakimiyyətinin atacağı addımlardan asılıdır. 

Məsələnin bir neçə ay ərzində həll olunmayacağını, çünki qanunvericilik və praktiki mərhələlərin vaxt tələb etdiyini bildirən Maraqos, Ermənistan hökumətinin 2029-cu ilə qədər qoyduğu hədəfə çatmaq üçün aktiv iş aparıldığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31