Belarus parlamentinin müşahidəçiləri Rusiya Dövlət Dumasına seçkiləri izləyir- ÖZƏL
14:57 SiyasətBelarus Milli Məclisinin Respublika Şurasının (yuxarı palatası) nümayəndə heyəti Rusiyadakı seçki prosesini beynəlxalq müşahidəçi kimi fəal şəkildə izləyir. Olaylar.az xəbər verir ki, bu barədə palatanın mətbuat xidməti məlumat verib.
"Belarus Respublikasının parlament nümayəndə heyəti nüfuzlu qurumları təmsil edən beynəlxalq müşahidəçilər kimi Rusiya Federasiyasındakı seçki prosesini fəal şəkildə izləyir", - deyə bəyanatda bildirilir.
Bildirilir ki, Respublika Şurası üzvlərinin sıx iş qrafiki "yalnız seçki məntəqələrində səsvermə prosesinin monitorinqini deyil, həm də regional rəhbərlik, qanunvericilik orqanları və seçki komissiyaları ilə geniş dialoqu əhatə edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31