Bu il yol qəzalarında 166 nəfər ölüb
Bu il yanvarın 1-dən noyabrın 10-dək Bakı şəhəri üzrə 527 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hadisələr nəticəsində 166 nəfər ölüb, 461 nəfər xəsarət alıb.O deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib.
16 Noyabr 2017 11:16 SosialBu il yanvarın 1-dən noyabrın 10-dək Bakı şəhəri üzrə 527 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hadisələr nəticəsində 166 nəfər ölüb, 461 nəfər xəsarət alıb.O deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib. Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi paytaxtda hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq profilaktiki tədbirlər keçirib:"Bu tədbirlərin nəticəsidir ki, ildən-ilə hadisələrin ümumi indeksində azalma müşahidə olunur. Paytaxt yollarında hərəkətin təhlükəsizliyinin təmin olunmasında müasir informasiya texnologiyalarının imkanları sayəsində baş verən hər bir hadisə xidmətin müvafiq şöbələrində araşdırılaraq təhlil edilib. Məlum olub ki, hadisələrin baş verməsində ümumi faiz nisbəti üzrə ötmə və manevr qaydalarının pozulması üzrə 23 faiz, sürət həddinin aşılması ilə bağlı 37 faiz, piyadaların avtomobillərlə vurulması ümumi hadisələrdə 67 faiz təşkil edib".V.Əsədov qeyd edib ki, hesabat dövründə piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalarla profilaktik maarifləndirici iş aparılıb, yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib: "Bu dövrdə inzibati tənbeh tədbirləri çərçivəsində 590 mindən artıq inzibati protokol tərtib olunub ki, onlardan da 84 mini piyada protokoludur. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aparılan təhlillər sübut edir ki, paytaxt üzrə hadisələrin ümumi çəkisində piyadalar ehtiyatsızlıq, yaxud səhlənkarlıqdan yol qəza hadisəsinin baş verməsinə səbəb olurlar.