SABAH qrupu üçün geniş imkanlar
SABAH İcra komitəsinin rəhbəri Şahin Seyidzadə Mədəniyyət və İncəsənət Universitetində olub. Əvvəlcə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşən qonaq ADMİU-nun SABAH Mərkəzi və tələbələrinin fəaliyyəti, yeni lahiyələr, tədbirlər haqqında qarşılıqlı söhbət aparıb. Olaylar.az bildirir ki, görüşdə SABAH Teatrının yaradılması, tələbələrin könüllü olaraq teatr dərnəklərində fəaliyyəti, bölgələrə qastrolların təşkil olunması və orta məktəblərdə təcrübələrin keçirilməsi haqqında ətraflı danışılıb.
15 Noyabr 2017 20:08 MədəniyyətSABAH İcra komitəsinin rəhbəri Şahin Seyidzadə Mədəniyyət və İncəsənət Universitetində olub. Əvvəlcə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşən qonaq ADMİU-nun SABAH Mərkəzi və tələbələrinin fəaliyyəti, yeni lahiyələr, tədbirlər haqqında qarşılıqlı söhbət aparıb.
Olaylar.az bildirir ki, görüşdə SABAH Teatrının yaradılması, tələbələrin könüllü olaraq teatr dərnəklərində fəaliyyəti, bölgələrə qastrolların təşkil olunması və orta məktəblərdə təcrübələrin keçirilməsi haqqında ətraflı danışılıb.
Daha sonra SABAH qrupu II, III və IV kurs tələbələri ilə görüşən qonaq SABAH-ın fəaliyyəti ilə bağlı məlumat verib. Universitetin təşəbbüsü ilə SABAH Teatrının yaradılması və marafonun keçirilməsinin nəzərdə tutulduğu, marafonun piyar və ictimaiyyətə çıxış üçün uyğun vasitə olduğu qeyd olunub. Marafon zamanı SABAH qrupu Rejissor sənəti və Aktyor sənəti ixtisaslarında təhsil alan tələbələr Respublikanın bir çox bölgələrində filmlər, tamaşalar nümayiş etdirib, müzakirələr aparacaqlar.
Təhsil Nazirliyinin təşəbbüsü ilə Mədəniyyət və İncəsənət Universiteti, Rəssamlıq Akademiyası və Bakı Musiqi Akademiyasının IV kurs tələbələri üçün İncəsənət festival keçiriləcək. Aprel ayında New York Film Akademiyası və Polşa Film Akademiyası dəvət olunacaq.
Rektor fəaliyyəti planlaşdırılan SABAH Teatrının üstünlüklərini qeyd edərək, tələbələrin xarici dil biliklərinə daha çox diqqət ayırmalarını məsləhət görüb.