ATƏT-in baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır"
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır" . Bunu İtaliyanın "Agenzia Nova" agentliyinə müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger deyib.
15 Noyabr 2017 19:00 Siyasət"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır" . Bunu İtaliyanın "Agenzia Nova" agentliyinə müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger deyib.
O qeyd edib ki, ATƏT sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşik tərəfindən həyata keçirilən iş qoşunların qarşıdurma xəttində eskalasiyanın qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir: "Təşkilatın fəaliyyəti münaqişənin həll edilməsi yox, sülh prosesinə nəzarət etməkdir. Münaqişənin həlli ilə bağlı məsuliyyət tərəflərin üzərinə düşür". Olaylar.az Trend-ə istinadən xəbər verir.