Türkiyədə həbsdə olan üç general azadlığa buraxıldı

Türkiyədə ötən il iyulun 15-də dövlət çevirlişinə cəhddə iştirak etməkdə ittiham olunaraq həbs edilən 3 general azadlığa buraxılıb.

Türkiyədə ötən il iyulun 15-də dövlət çevirlişinə cəhddə iştirak etməkdə ittiham olunaraq həbs edilən 3 general azadlığa buraxılıb. Bunlar briqada generalları Murat Yayğın və Cəlaləddin Çoban, briqada admiralı Ercan İnceoğludur. Generalların həbsdən azad edilməsi haqqında qərar Ankara 19-cu Ağır Cinayətlər Məhkəməsinin noyabrın 15-də keçirilən iclasında çıxarılıb. Olaylar.az report-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31