Binəqədi şosesində yenidənqurma işləri davam etdirilir

Bakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Binəqədi şosesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsi yüksək keyfiyyətlə davam etdirilir. “OLAYLAR”-ın xəbərinə görə, yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir.

Bakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Binəqədi şosesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsi yüksək keyfiyyətlə davam etdirilir. "OLAYLAR"-ın xəbərinə görə, yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metr olacaq. Aparılan yenidənqurma işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt çıxarılaraq əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol əsası inşa olunub. Hazır olan hissələrə isə 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Layihə çərçivəsində artıq yolun 1.6 km-lik hissəsi asfaltlanıb. Ümumilikdə isə yolun 40 min m2-dən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.Bundan başqa intensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədi ilə 4-cü qapı küçəsi ilə kəsişmədə və "4 yol" deyilən ərazidə tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş kanalların suyunun Binəqədi şosesinin altından ötürülməsini təmin edən və ötürmə qabiliyyətini itirmiş köhnə borular yeniləri ilə əvəzlənib. Ümumilikdə 5 nöqtədə 8 yeni borunun tikintisi, 2-nin isə təmiri aparılıb. Boruların uzunluqları yerlərdən asılı olaraq 25-35 metrdir, diametrləri isə 800 və 1200 mm-dir. Boruların üstü 18 metr uzunluğunda və 6.5 metr enində monolit-betonla örtülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31