Peşəkar jurnalistlər tələbələrlə görüşdülər
Noyabrın 15-də Dillər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, Moderator.az informasiya portalının baş redaktoru Zülfüqar Hüseynzadə və “ASAN FM” radiosunun rəhbəri Emin Musəvi universitetin Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. Olaylar.az bildirir ki, Y.Məmmədli Azərbaycanda mövcud olan multikultural dəyərlər haqqında danışıb. Z.Hüseynzadə bildirib ki, jurnalistika ixtisasına sahib olmaq istəyən gənclərin nəzəri biliklərdən əlavə, xüsusi istedada malik olmaları vacib şərtlərdəndi. “ASAN FM” radiosunun rəhbəri Emin Musəvi peşəkar jurnalist kimi yetişmək, fəaliyyət göstərmək üçün mütaliənin vacibliyindən danışıb.
15 Noyabr 2017 17:21 SosialNoyabrın 15-də Dillər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, Moderator.az informasiya portalının baş redaktoru Zülfüqar Hüseynzadə və "ASAN FM" radiosunun rəhbəri Emin Musəvi universitetin Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.
Olaylar.az bildirir ki, Y.Məmmədli Azərbaycanda mövcud olan multikultural dəyərlər haqqında danışıb. Z.Hüseynzadə bildirib ki, jurnalistika ixtisasına sahib olmaq istəyən gənclərin nəzəri biliklərdən əlavə, xüsusi istedada malik olmaları vacib şərtlərdəndi. "ASAN FM" radiosunun rəhbəri Emin Musəvi peşəkar jurnalist kimi yetişmək, fəaliyyət göstərmək üçün mütaliənin vacibliyindən danışıb.
ADU-nun Təcrübə, professional inkişaf və karyera şöbəsinin müdiri Məmməd İsmayılov, öz növbəsində jurnalistika ixtisasının mütəmadi təcrübə tələb edən ixtisaslardan olduğunu bildirərək universitetdə həyata keçirilən "Təcrübədən əvvəl təcrübə" proqramının bu istiqamətdə tələbələrin maraqlarına xidmət edən bir layihə olduğunu söyləyib.
Görüşdə jurnalistikanın sahələri, onun fərqli və üstün cəhətləri, informasiyanın oxucuya dəqiq ötürülməsi, sosial media vasitəsi ilə yayılan xəbərlərin xüsusiyyətləri haqqında müzakirələr aparılıb.